İlham Əliyev Bakının Xətai rayonunda 1 nömrəli çörək zavodunun açılışında iştirak etmişdir

18 oktyabr 2013, 12:00
İlham Əliyev Bakının Xətai rayonunda 1 nömrəli çörək zavodunun açılışında iştirak etmişdir

Bakının Xətai rayonu ərazisində “Gilan Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 nömrəli çörək zavodunun açılışı olmuşdur.

Prezident İlham Əliyev açılışda iştirak etmişdir.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən inamla və böyük uğurla davam etdirilməsi nəticəsində ölkəmiz bütün sahələrdə sürətlə inkişaf etmişdir. İqtisadiyyatın neft sektoru ilə bərabər, qeyri-neft sahələrinin də davamlı inkişafına nail olunmuşdur. Prezident İlham Əliyevin ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəlmiş siyasəti nəticəsində hazırda ölkəmiz bir çox sahələrdə daxili tələbatın təmin edilməsi istiqamətində böyük uğurlar əldə etmişdir. Bu gün ət, süd məhsulları, bitki yağları, şəkər və digər əsas ərzaq məhsullarına olan tələbatın 95 faizini Azərbaycan özü ödəyir.

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin taxıla olan tələbatını da tam yerli istehsal hesabına ödəmək vəzifəsini qarşıya qoymuşdur. Bu vəzifəyə uyğun olaraq taxılçılığın inkişaf etdirilməsi üçün böyük fermer təsərrüfatlarının yaradılması istiqamətində mühüm işlər görülür. Beynəlxalq mütəxəssislərin fikrincə, Azərbaycanda ərzaq təhlükəsizliyi göstəriciləri ötən 10 ildə xeyli yaxşılaşmışdır. Aqrar sektorun inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur.

Qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi diqqət göstərən Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində sahibkarlıq subyektlərinin fəaliyyətinə böyük önəm verir. Dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri kimi məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsi əsas götürülür. Dövlət tərəfindən ayrılan kreditlər və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə görülən işlər də sahibkarlığın inkişafına çox böyük dəstəkdir.

Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsasında insan amili dayanır. Bu siyasətə uyğun olaraq, əhalinin keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təminatına xüsusi önəm verilir. Heç şübhəsiz ki, bu istiqamətdə keyfiyyətli çörək və çörək məmulatı istehsalı ən əhəmiyyətli sahələrdəndir. Son illərdə ölkəmizdə digər sahələrdə olduğu kimi, çörəkbişirmə sənayesinin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, bu sahədə ən müasir texnologiya və avadanlıq tətbiq edilir. Müasir və qabaqcıl texnologiyaların tətbiqi çörəkbişirmə sənayesində maya dəyərinin aşağı düşməsinə, yüksək keyfiyyətin, çoxçeşidliliyin təmin olunmasına imkan yaradır. Bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 108,2 milyon manat, gündəlik istehsal gücü 721 ton olan 25 çörək zavodunun tikintisinə, ən müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 38,1 milyon manat güzəştli kredit verilmişdir. Türkiyə, Almaniya, Çex Respublikası və digər ölkələrin müasir texnologiya və avadanlığı əsasında qurulmuş gündəlik istehsal gücü 638 tonadək olan 18 çörək zavodu artıq istifadəyə verilmişdir. Bu yaxınlarda Bakı və Sumqayıt şəhərlərində ən müasir texnologiyaların tətbiqinə əsaslanan belə iri çörək zavodlarının fəaliyyətə başlaması bu şəhərlərdə istehlakçıların 70-75 faizini yüksək keyfiyyətli, müxtəlif çeşiddə çörək və çörək məmulatları ilə təmin etməyə imkan yaratmışdır.

Yeni istifadəyə verilən 1 nömrəli çörək zavodu ilə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən, ən müasir standartlar səviyyəsində qurulan müəssisənin ümumi sahəsi üç hektara yaxındır. Ümumi dəyəri 48,7 milyon manat olan layihənin həyata keçirilməsinə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılmışdır. Zavodun tikintisinə 2012-ci ildə başlanmışdır. İnşaat işləri yüksək səviyyədə başa çatdırılmışdır.

Prezident İlham Əliyev çörək zavodunu işə saldı.

Respublika əhəmiyyətli belə böyük obyektlərin istifadəyə verilməsi ilk növbədə vətəndaşların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi istiqamətində atılan vacib addımlardandır. Bu zavodun yaradılması həm də ölkədə özəl sektorun inkişafına göstərilən qayğının əyani təsdiqidir. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi üçün zavod Almaniyanın ən son texnologiyası əsasında qurulmuşdur.

Bildirildi ki, müəssisədə beş çörək istehsalı xətti, qablaşdırma xətləri, xammalın daşınması və avtomatik bölgüsü olan anbar sistemləri quraşdırılmışdır. Burada 50-dək çeşiddə çörək və çörək-bulka məmulatı istehsal olunur. Gələcəkdə məhsul növlərinin artırılması planlaşdırılır. Gündəlik məhsul buraxılışı gücü 168 ton olan çörək zavodunda istehsal prosesi tam avtomatlaşdırılmışdır. Xüsusi nəqliyyat vasitələri ilə un zavoda gətirilərək burada quraşdırılan və hər birinin tutumu 40 ton olan 7 anbara boşaldılır. Un metal detektorlardan keçdikdən sonra çəki stansiyalarına ötürülür. Müəssisədə istehsal prosesi tam avtomatlaşdırılmışdır. Reseptlərə uyğun olaraq tərkiblər xəmir çənlərinə avtomatik tökülür və mikserlə yoğurulur. Zavoddakı bütün xəmir çənləri çiplərlə təchiz olunmuşdur. Bu da işin rahat aparılmasına kömək edir. İstehsalda çəkiyə avtomatik nəzarət qaydaları tətbiq olunmuşdur. Çörəyin növündən asılı olaraq acıtma müddəti, temperatur və rütubət avtomatik müəyyən olunur. Hər növ çörəyin göstəriciləri fərqlidir. Bişirmə prosesi yüksək keyfiyyətli Avropa standartlarına uyğun sobalarda həyata keçirilir. Çörəyin bişmə prosesini sobanın üzərində yerləşən xüsusi pəncərələrdən izləmək olur. Hər bir sobanın çıxışı videosayğacla təchiz olunmuşdur. Çörək bişdikdən sonra soyutma mərhələsinə keçir. Zavodda istehsal olunan çörəklər növündən asılı olaraq, burada quraşdırılan xüsusi soyutma xətti vasitəsilə 60-180 dəqiqə ərzində soyudularaq bütöv və ya doğranmış formada qablaşdırılır. Bu da məhsulun istifadə müddətini 48 saatadək artırır. Qablaşdırılan məhsullar qutulara yığılaraq satış anbarına ötürülür. İstifadə olunan qutular avtomatik yuyularaq qurudulur və yenidən istehsal xəttinə yönəldilir.

Diqqətə çatdırıldı ki, istehsal prosesində istifadə olunan su bir neçə mərhələdə süzgəcdən keçirilir. Su, un, duz, şəkər, maya və digər xammal zavodda quraşdırılan xüsusi laboratoriyada yoxlanılır və yalnız bundan sonra istehsala buraxılır. Həmçinin istehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq olunur. Bütün bunlar da sanitar-gigiyenik normalara əməl olunmaqla yüksək keyfiyyət standartlarına cavab verən çörək və çörək-bulka məmulatlarının istehsalına şərait yaradır.

Qeyd olundu ki, çörəkbişirmə xətlərində tətbiq edilən elektron müşahidə və keyfiyyətə nəzarət sistemi istehsalın müxtəlif mərhələlərində standartlara uyğun gəlməyən çörəyin müəyyən edilməsinə və xətdən dərhal çıxarılmasına imkan verir. İstehsal olunan bütün məhsullar qablaşdırıldıqdan sonra üzərində istehsal tarixi, istifadə müddəti və istehsal olunan partiya nömrəsi qeyd edilir. Buradakı müasir texnologiyanın tətbiqi enerji məsrəflərinin azalmasına və məhsulun maya dəyərinin aşağı olmasına səbəb olur.

Prezident İlham Əliyev “Gilan Holdinq”in müəssisələrində istehsal olunan məhsulların və 1 nömrəli zavodda hazırlanan çörək və çörək-bulka məmulatlarının nümunələrinə baxdı.

Qeyd olundu ki, müəssisənin məhsulları “nömrə 1” brendi altında satışa çıxarılacaqdır. Zavodun müasir texnologiyalar əsasında yaradılması və istehsal prosesinin müvafiq normalara uyğun aparılması ərzaq təhlükəsizliyinin və əhalinin yüksək keyfiyyət standartlarına cavab verən çörək məhsulları ilə təmin edilməsinə şərait yaradır. Zavodda istehsal olunan məhsulların Bakı şəhəri və ətraf qəsəbələrdən olan istehlakçılara çatdırılması üçün hər biri üç tonluq 30 xüsusi nəqliyyat vasitəsi alınmışdır. Burada inşa olunan inzibati bina, yeməkxana və digər yardımçı binalarda işçilər üçün hər cür şərait yaradılmışdır. Zavodda üçnövbəli iş rejimi tətbiq edilməklə, ümumilikdə 420-dək yeni iş yeri yaradılmışdır. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 20 mart 2025
19:18
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub

Martın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Şavkat Mirziyoyev Prezident İlham Əliyevi və qardaş Azərbaycan xalqını Novruz...

20 mart 2025, 19:18
SƏNƏDLƏR Fərmanlar 19 mart 2025
17:10
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 143-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi...

19 mart 2025, 17:10
SƏNƏDLƏR Qanunlar 19 mart 2025
17:08
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının...

19 mart 2025, 17:08
SƏNƏDLƏR Qanunlar 19 mart 2025
17:06
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan...

19 mart 2025, 17:06
SƏNƏDLƏR Fərmanlar 19 mart 2025
17:04
“Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 iyul tarixli 154 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi...

19 mart 2025, 17:04
SƏNƏDLƏR Fərmanlar 19 mart 2025
17:02
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və...

19 mart 2025, 17:02
SƏNƏDLƏR Sərəncamlar 19 mart 2025
13:09
“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasında süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni...

19 mart 2025, 13:09
SƏNƏDLƏR Sərəncamlar 18 mart 2025
17:02
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı...

18 mart 2025, 17:02