Rusiya Federasiyasının senatoru İlyas Umaxanovdan

02 iyun 2025, 14:18

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Əlamətdar bayram – 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Bu bayram Azərbaycanın milli dövlətçiliyinin dirçəlişinin, ölkənin davamlı sosial-iqtisadi inkişafının və onun beynəlxalq arenada nüfuzunun möhkəmlənməsinin rəmzidir.

Bu gün qarşımızda öz gələcəyini inamla quran, ərazi bütövlüyünü bərpa etmiş və Qafqaz regionunda sabitliyin, tərəqqinin təmin olunmasında getdikcə daha çox mühüm rol oynayan qalib suveren Azərbaycan dayanır.

Əminəm ki, qarşıdakı illər ölkələrimiz arasında çoxplanlı əməkdaşlığın və ənənəvi dostluq əlaqələrinin bundan sonra da möhkəmlənməsində əlavə perspektivlər açacaqdır.

Möhtərəm cənab Prezident, bu bayram münasibətilə Sizə möhkəm cansağlığı, əmin-amanlıq və çoxşaxəli fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh, sabitlik və tərəqqi arzulayıram.

Dərin hörmətlə,

 

İlyas Umaxanov

Rusiya Federasiyasının senatoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55