Sual 1. Prezidentin Administrasiyasına məktubu necə göndərmək olar?
- Saytın Baş səhifəsinin “Məktublar” bölməsində “Prezidentə məktub yazmaq” yarımbölməsi var. Burada siz doldurulması tələb edilən forma ilə tanış olaraq məktub göndərə bilərsiniz.
Sual 2. Prezidentin çıxışlarının video yazılarını necə izləmək olar?
- Baş səhifənin “Video” bölməsində Azərbaycan Prezidentinin çıxışlarının videoyazıları təqdim olunmuşdur. Burada siz sayt üzərindən seçdiyiniz videoya baxa bilərsiniz.
Sual 3. Prezident Administrasiyasının məsul şəxslərinin qəbul günləri barədə necə məlumat almaq olar?
- Saytın Baş səhifəsindəki “Administrasiya” bölməsində “Qəbul günləri” yarımbölməsi var. Burada Prezident Administrasiyasının məsul şəxslərinin qəbul günlərinin siyahısı verilir.
Sual 4. Prezidentin fotoşəkillərini saytın hansı hissəsindən əldə etmək mümkündür?
- Baş səhifədəki “Şəkillər” bölməsində Prezidentin iştirak etdiyi tədbirlərdən, səfərlərdən, keçirdiyi görüşlərdən və s. fotoşəkillər xronoloji ardıcıllıqla yerləşdirilmişdir.
Sual 5. Prezidentin iş qrafiki barədə necə məlumat əldə etmək olar?
- Baş səhifədəki “Prezident” bölməsində “İş qrafiki” yarımbölməsi var. Azərbaycan Prezidentinin təqvim üzrə iş qrafiki burada göstərilir.
Sual 6. Prezidentin ailəsi barədə harada məlumat almaq olar?
- Azərbaycan Prezidentinin ailəsi barədə məlumatı “Prezident” bölməsinin “Tərcümeyi-hal”, “Birinci xanım” yarımbölmələrində, eləcə də “Fotoalbom” bölməsinin “Ailə” yarımbölməsində əldə etmək olar.
Sual 7. Azərbaycan reallıqları barədə saytda necə məlumat almaq olar?
- Azərbaycan haqqında ümumi informasiya saytın yuxarı hissəsində “Azərbaycan” bölməsində göstərilmişdir.