MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərovdan

02 iyun 2025, 14:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

MDB Parlamentlərarası Assambleya Şurasının – Müstəqil Dövlətlər Birliyi iştirakçılarının adından 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbriklərimizi qəbul etməyinizi xahiş edirik.

Bu əlamətdar gün təkcə azadlığın, suverenliyin və ərazi bütövlüyünün bərpasının deyil, həm də Azərbaycan xalqının birliyinin, onun ölkənin tarixi və mədəniyyəti ilə qürur duymasının rəmzidir. Bu gün respublika beynəlxalq arenada öz mövqelərini möhkəmləndirərək və ölkənin tərəqqisinə xidmət edən mühüm layihələri həyata keçirərək irəliyə doğru inamla addımlayır.

Sizə - görkəmli dövlət xadiminə möhkəm cansağlığı, Azərbaycan Respublikasının əmin-amanlığı və onun vətəndaşlarının rifahı naminə yeni-yeni nailiyyətlər arzulayırıq.

Hörmətlə,

 

Dmitri Kobitski

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi,

 

Aydın Cəfərov

MDB Parlamentlərarası Assambleya Şurası Baş katibinin müavini -

Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55