Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187, № 12 (II kitab), maddə 1351; 2025, № 1, maddə 1; Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 121-VIIQD nömrəli və 2025-ci il 18 mart tarixli 161-VIIQD nömrəli qanunları) 18.67-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. birinci abzasda “Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin, idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının” sözləri “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamənin və bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının” sözləri ilə əvəz edilsin;
1.2. 18.67.1-ci maddədə “Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin” sözləri “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamənin” sözləri ilə əvəz edilsin;
1.3. 18.67.2-ci maddə ləğv edilsin;
1.4. 18.67.3-cü maddəyə “Fitosanitar” sözündən sonra “(təkrar ixrac fitosanitar)” sözləri əlavə edilsin.
Maddə 2. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 655 (Cild I); 2024, № 4, maddə 365) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.0.12-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.13-cü maddə əlavə edilsin:
“1.0.13. daxili karantin sertifikatı – ölkə daxilində daşımalar zamanı bitki və bitkiçilik məhsullarının fitosanitar vəziyyəti barədə fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada verilən rəsmi sənəd.”;
2.2. aşağıdakı məzmunda 7.1.6-1-ci maddə əlavə edilsin:
“7.1.6-1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının, həmin məhsulların ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi qaydasını müəyyən etmək;”;
2.3. 14-cü maddə üzrə:
2.3.1. adına “İxrac” sözündən sonra “(təkrar ixrac)” sözləri əlavə edilsin;
2.3.2. 14.1-ci maddəyə “ixrac” sözündən sonra “(təkrar ixrac)” sözləri, “fitosanitar” sözündən sonra “(təkrar ixrac fitosanitar)” sözləri əlavə edilsin;
2.3.3. 14.3-cü maddəyə “İxrac” sözündən sonra “(təkrar ixrac)” sözləri, “fitosanitar” sözündən sonra “(təkrar ixrac fitosanitar)” sözləri əlavə edilsin;
2.4. 20-ci maddə üzrə:
2.4.1. 20.3-cü maddədə “qeydiyyata” sözü “dövlət qeydiyyatına” sözləri ilə əvəz edilsin;
2.4.2. 20.4-cü maddədə “qeydiyyata” sözü “bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına” sözləri ilə əvəz edilsin;
2.4.3. 20.6-cı maddənin birinci cümləsində “qeydiyyat” sözü “dövlət qeydiyyatının” sözləri ilə, “müəyyən edilmiş qaydada yenidən qeydiyyatdan” sözləri “yenidən dövlət qeydiyyatından” sözləri ilə əvəz edilsin;
2.4.4. aşağıdakı məzmunda 20.7-ci maddə əlavə edilsin:
“20.7. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilir.”;
2.5. 21.2-ci maddə ləğv edilsin;
2.6. 28-ci maddə üzrə:
2.6.1. 28.1.2-ci maddədə “qeydiyyata” sözü “dövlət qeydiyyatına” sözləri ilə əvəz edilsin;
2.6.2. 28.1.11-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 28.1.12-ci maddə əlavə edilsin:
“28.1.12. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı və idxalını lisenziyalaşdırmaq.”;
2.7. 29.3-cü və 29.5-ci maddələrdə “qeydiyyata” sözü “dövlət qeydiyyatına” sözləri ilə əvəz edilsin;
2.8. 34-cü maddə üzrə:
2.8.1. 34.3.1-ci maddəyə “qeydiyyatı” sözündən əvvəl “dövlət” sözü əlavə edilsin;
2.8.2. 34.3.3-cü maddəyə “fitosanitar” sözündən sonra “(təkrar ixrac)” sözləri əlavə edilsin və həmin maddədən “idxal karantin icazələrinin,” sözləri çıxarılsın;
2.8.3. 34.4-cü maddədə “Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnamələrinin, idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının” sözləri “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamənin və fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatların” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Daxili karantin sertifikatının verilməsinə görə dövlət rüsumu tutulmur.”.
Maddə 3. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 133 (Cild I) 35.1.9-cu maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 35.1.10-cu maddə əlavə edilsin:
“35.1.10. dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsində nəzərdə tutulan müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilmədikdə.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 aprel 2025-ci il