Oktyabrın 11-də İsrail Prezidenti Şimon Peres Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Şimon Peres Prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə dövlətimizin başçısını təbrik etmiş, Prezidentlik fəaliyyətində ona uğurlar arzulamışdır.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə İsrail Prezidentinə minnətdarlığını bildirmişdir.
Telefon söhbəti zamanı Azərbaycanla İsrail arasında əlaqələrin müxtəlif aspektlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.