Oktyabrın 10-da Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Mixeil Saakaşvili Prezident seçkilərində əldə etdiyi inamlı qələbə münasibəti ilə dövlətimizin başçısını təbrik etmiş, xalqımızın rifahı və dövlətimizin gələcək inkişafı naminə ona Ali dövlətçilik fəaliyyətində uğurlar arzulamışdır.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Gürcüstan Prezidentinə minnətdarlığını bildirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə etmiş, əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildirmişlər.