İlham Əliyev Buzovna-Mərdəkan-Qala yolunun açılışında iştirak etmişdir

26 may 2013, 16:56
İlham Əliyev Buzovna-Mərdəkan-Qala yolunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Buzovna-Mərdəkan-Qala yolunun açılışında iştirak etmişdir.

Paytaxt Bakı və ətraf qəsəbələrin inkişafı daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın davamı olan 2011-2013-cü illəri əhatə edən Dövlət Proqramı yol infrastrukturunun müasirləşdirilməsini əhatə edir. İndi Bakı və ətraf qəsəbələrin yolları ən müasir səviyyədə inşa olunur, yol ötürücüləri, körpü, tunel, yeraltı və yerüstü piyada keçidləri tikilir.

İki yüz min nəfərə yaxın əhalinin yaşadığı Zabrat, Maştağa, Pirşağı, Kürdəxanı, Buzovna, Bilgəh qəsəbələrini Bakı şəhəri ilə birləşdirən Zabrat – Maştağa – Buzovna və Zabrat – Kürdəxanı – Pirşağı avtomobil yollarının yenidən qurulması üçün dövlətimizin başçısının ötən ilin oktyabrında imzaladığı Sərəncama əsasən Prezidentin ehtiyat fondundan 5 milyon manat vəsaitin ayrılması bu tədbirlərin ardıcıl xarakter aldığını nümayiş etdirir.
Prezident İlham Əliyev Buzovna-Mərdəkan-Qala yolunun texniki göstəricilərini əks etdirən stendə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, eni 22 metr olan yolun ümumi uzunluğu 12 kilometrə yaxındır. Yol ən müasir tələblər səviyyəsində inşa olunmuşdur. Dördzolaqlı yolun inşası zamanı bütün infrastruktur yenilənmiş, müasir işıqlandırma sistemi yaradılmış, yol boyu 3 qovşaq tikilmişdir. Bakıətrafı kənd və qəsəbələrin yollarının tamamilə yenidən qurulması ilk növbədə əhalinin sosial məsələlərinin həlli baxımından önəmlidir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlət başçısı yeni yolda avtomobili idarə etdi.

Prezident İlham Əliyev Buzovna-Mərdəkan-Qala yolunun əvvəlki vəziyyətini, tikinti zamanı və hazırkı vəziyyətini əks etdirən fotostendə baxdı.

Dövlət başçısına yolboyu quraşdırılan müasir işıqforlar barədə də məlumat verildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 12 may 2025
15:27
“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29...

12 may 2025, 15:27
SƏNƏDLƏR Fərmanlar 12 may 2025
15:25
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

12 may 2025, 15:25
SƏNƏDLƏR Qanunlar 12 may 2025
15:23
“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

12 may 2025, 15:23