İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

12 noyabr 2026, 22:00
İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dublində Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşü olub.

Baş nazir Andrey Babiş bu ilin aprelində ölkəmizə rəsmi səfərini və Qəbələdə dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırladı. Həmin səfər çərçivəsində müzakirə olunmuş məsələlərin icrasında yaxşı nəticələrin əldə olunduğu vurğulandı.

Görüşdə iqtisadi-ticari əlaqələrin inkişafı, investisiya layihələrinin həyata keçirilməsi, iki ölkənin biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olundu.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rola toxunularaq, ölkəmizin Çexiyanın ən iri neft təchizatçısı olduğu qeyd edildi.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55