İlham Əliyev Azərbaycan tərəfindən Monteneqroda həyata keçiriləcək layihələrlə tanış olmuşdur

12 mart 2013, 20:30
İlham Əliyev Azərbaycan tərəfindən Monteneqroda həyata keçiriləcək layihələrlə tanış olmuşdur

Prezident İlham Əliyev Monteneqronun Baş naziri Milo Dukanoviç ilə görüşdən sonra bu ölkədə Azərbaycan tərəfindən həyata keçiriləcək layihələrlə tanış olmuşdur.

Podqoritsa şəhərinin meri Miomir Muqoşa Azərbaycan dövlətinin başçısına məlumat verdi ki, Monteneqroda fəaliyyət göstərən “AzMont” Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzi və Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyi şəhərin mərkəzi küçələrindən birinə “Bakı” adının verilməsi barədə Podqoritsa şəhər meriyası qarşısında məsələ qaldırmışdır.

Bu məsələ ilə bağlı Monteneqro Hökuməti, Mədəniyyət, Xarici İşlər və Avropaya İnteqrasiya nazirlikləri, Podqoritsa meriyası və şəhər parlamentinin üzvləri ilə aparılmış müzakirələr nəticəsində şəhər parlamenti 2013-cü il fevralın 12-də paytaxtın mərkəzi küçələrindən birinə “Bakı” adının verilməsinə dair müvafiq qərar qəbul etmişdir. Qərara əsasən, Podqoritsanın Mihail Lalic Bulvarından Sdutentska küçəsinə uzanan Meşe Selimoviç küçəsinin davamı olan küçəyə “Bakı” adı verilmişdir. Hazırda küçədə təmir işləri aparılır və “Bakı” sözü yazılmış lövhələr quraşdırılır.

Bundan başqa, Azərbaycan xalqının görkəmli şairi və dramaturqu Hüseyn Cavidin xatirəsinin Avropa ölkəsində əbədiləşdirilməsinin vacibliyini nəzərə alaraq, “AzMont” Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzi və Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyi Podqoritsa şəhərində böyük ədibin büstünün ucaldılması təşəbbüsü ilə çıxış etmişdir.

Monteneqro Hökuməti, Mədəniyyət, Xarici İşlər və Avropaya İnteqrasiya nazirlikləri, Podqoritsa meriyası və şəhər parlamentinin üzvləri ilə aparılmış müzakirələr nəticəsində 2012-ci il dekabrın 26-da şəhər parlamentində paytaxtın “Kral parkı”nda dahi Azərbaycan ədibi Hüseyn Cavidin büstünün qoyulmasına dair mütləq səs çoxluğu ilə qərar qəbul olunmuşdur. “Kral parkı” şəhərin mərkəzində - Prezident Administrasiyasının, Parlamentin, Nazirlər Kabinetinin və Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin binalarının yaxınlığında yerləşir. Layihəyə əsasən, parkda Hüseyn Cavidin büstünün qoyulması, giriş qapısında Azərbaycan və Monteneqro gerblərinin vurulması, xalqımızın milli memarlıq üslubundan geniş istifadə olunması nəzərdə tutulur.

Podqoritsa şəhər parlamentinin 2013-cü il fevralın 12-də qəbul edilmiş qərarına əsasən, Hüseyn Cavidin bürüncdən büstü ağ mərmər postamentin üzərində qoyulacaqdır.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 02 iyun 2025
15:49
“Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya...

02 iyun 2025, 15:49
SƏNƏDLƏR Fərmanlar 02 iyun 2025
15:47
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 179-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

02 iyun 2025, 15:47
SƏNƏDLƏR Qanunlar 02 iyun 2025
15:45
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda...

02 iyun 2025, 15:45