Dövlət qulluqçularının reyestrinin aparılması QAYDASI

17 may 2025, 12:44

Azərbaycan Respublikası Prezidentinin

2025-ci il 17 may tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 15-3.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət qulluqçularının reyestrinin (bundan sonra – Reyestr) aparılmasının hüquqi və təşkilati əsaslarını müəyyən edir.

1.2. Reyestr dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddəti ilə qulluğa qəbul edilmiş şəxslər, habelə dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatlardan ibarət dövlət informasiya ehtiyatıdır.

1.3. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən publik hüquqi şəxsin dövlət qulluqçusuna bərabər tutulan əməkdaşları haqqında məlumatlar bu Qaydaya uyğun olaraq Reyestrə daxil edilir.

1.4. Reyestr Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən elektron qaydada “Dövlət qulluqçularının reyestri” informasiya ehtiyatı üzərindən aparılır.

1.5. Reyestrin aparılmasına nəzarət Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası tərəfindən həyata keçirilir.

 

2. Reyestrə daxil edilən məlumatlar

 

2.1. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:

2.1.1. dövlət qulluqçusunun fərdi məlumatları:

2.1.1.1. dövlət qulluqçusunun şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, fərdi identifikasiya nömrəsi, faktiki yaşayış ünvanı, iş və yaşayış yeri üzrə stasionar telefon nömrələri, elektron poçt ünvanı;

2.1.1.2. dövlət qulluqçusunun şəxsiyyət vəsiqəsini verən dövlət orqanının adı, verildiyi tarix və etibarlılıq müddəti;

2.1.1.3. dövlət qulluqçusunun soyadı, adı, atasının adı, eləcə də soyadı, adı və ya atasının adı dəyişdiyi halda, səbəbi və tarixi, habelə cinsi, doğulduğu tarix və yer (ölkə, şəhər, rayon, qəsəbə və kənd), qeydiyyat ünvanı, ailə vəziyyəti;

2.1.1.4. dövlət qulluqçusunun fotoşəkli;

2.1.1.5. dövlət qulluqçusunun mobil telefon nömrəsi;

2.1.1.6. dövlət qulluqçusunun atası, anası, qardaşları, bacıları, arvadı (əri), uşaqları, qayınatası, qayınanası, qayınları və baldızlarının hər birinin soyadı, adı, atasının adı, doğum tarixi və yeri (ölkə, şəhər, rayon, qəsəbə və kənd), iş yeri və vəzifəsi haqqında məlumatlar;

2.1.2. dövlət qulluçusunun əmək fəaliyyəti haqqında məlumatlar:

2.1.2.1. dövlət qulluqçusunun əvvəllər və hazırda qulluq keçdiyi dövlət orqanının (qurumunun) adı və kateqoriyası, habelə əvvəllər işlədiyi qurumun adı, dövlət qulluqçusunun əvvəllər və hazırda tutduğu (işlədiyi) vəzifənin adı, dövlət qulluğu vəzifəsinin inzibati və ya yardımçı olması, təsnifatı, növü, qrupu və altqrupu, vəzifə təlimatı;

2.1.2.2. staj və sınaq keçmə statusu, staj və sınaq keçmə dövrü (staj və sınaq müddətinin başlama və bitmə tarixləri);

2.1.2.3. əmək müqaviləsinin statusu (hüquqi qüvvədə olması və ya qüvvədən düşməsi);

2.1.2.4. əmək müqaviləsinin, o cümlədən sonuncu əmək müqaviləsinin bağlanılma, hüquqi qüvvəyə minmə, qüvvədən düşmə və ya müddətinin bitmə tarixi və əsası (səbəbi);

2.1.2.5. əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilməsi haqqında əmrin (sərəncamın, qərarın) tarixi, nömrəsi və əsası;

2.1.2.6. dövlət qulluğuna qəbul əmrində (sərəncamında, qərarında) istinad olunan normativ hüquqi aktın struktur elementi;

2.1.2.7. əmək stajı, o cümlədən dövlət qulluğunda qulluq stajı;

2.1.2.8. əlavə iş yeri;

2.1.3. dövlət qulluqçusunun dövlət məvacibi haqqında məlumatlar:

2.1.3.1. dövlət qulluqçusunun vəzifə maaşının məbləği;

2.1.3.2. dövlət qulluqçusunun ixtisas dərəcəsinə görə əlavə haqqın məbləği;

2.1.4. dövlət qulluqçusunun dövlət qulluğu keçməsi haqqında məlumatlar:

2.1.4.1. inzibati vəzifənin tutulması üzrə iştirak etdiyi test imtahanlarının və müsahibələrin tarixləri, nəticələri və növləri;

2.1.4.2. test imtahanlarını və müsahibələri keçirən dövlət orqanlarının (qurumlarının) adları;

2.1.4.3. xidməti fəaliyyətin qiymətləndirilməsinin və keçirilmiş attestasiyanın tarixləri və nəticələri;

2.1.4.4. dövlət qulluğu vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatın verilməsi barədə qərarın tarixi və nömrəsi, həmin sertifikatın etibarlılıq müddəti və tipi (müddətli olması), müsahibədə iştirak etmək hüququ verdiyi inzibati vəzifənin adı, təsnifatı, növü, qrupu və altqrupu;

2.1.4.5. dövlət qulluğunda fəaliyyətinin davam etdirilməsini təsdiq edən sertifikatın verilməsi barədə qərarın tarixi və nömrəsi, həmin sertifikatın etibarlılıq müddəti;

2.1.4.6. dövlət qulluqçusunun ehtiyat kadrlar siyahısında olması, əsası, ehtiyat kadrlar siyahısına daxil edildiyi dövlət orqanının (qurumunun) və vəzifənin adı, dövlət qulluğu vəzifəsinin inzibati və ya yardımçı olması, təsnifatı, növü, qrupu və altqrupu, siyahıda olma müddəti və siyahıdan çıxarılma əsası;

2.1.4.7. dövlət qulluqçusunun ixtisas dərəcələrinin adları, onların verilməsi haqqında sənədlərin nömrələri və tarixləri, vaxtından əvvəl verilməsi haqqında məlumat;

2.1.4.8. dövlət qulluqçusunun xüsusi, hərbi və diplomatik rütbələrinin adları, verilməsi haqqında sənədlərin nömrələri və tarixləri;

2.1.5. dövlət qulluqçusunun təhsili və əlavə təhsili haqqında məlumatlar:

2.1.5.1. bitirdiyi təhsil müəssisələrinin adları;

2.1.5.2. təhsil dövrü (təhsil müəssisəsinə daxil olduğu və bitirdiyi tarix), təhsil və təhsilalma formaları;

2.1.5.3. təhsilin pilləsi və səviyyəsi;

2.1.5.4. təhsil haqqında sənədin növü, seriyası, nömrəsi, verilmə tarixi;

2.1.5.5. təhsil haqqında sənəd üzrə ixtisasının adı, şifrəsi, peşəsinin adı;

2.1.5.6. xaricdə təhsil aldığı təhsil müəssisələrinin adları və aid olduğu ölkələr, aldığı ixtisasların adları;

2.1.5.7. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair şəhadətnamənin nömrəsi, verilmə tarixi və tanınmanın növü;

2.1.5.8. əlavə təhsil proqramlarının (kurslarının) adları;

2.1.5.9. əlavə təhsil proqramlarını (kurslarını) təşkil edən təhsil müəssisələrinin və digər qurumların adları;

2.1.5.10. əlavə təhsilin dövrü (başlama və bitmə tarixləri) və istiqaməti;

2.1.5.11. müvafiq təhsil sənədlərinin seriyası, nömrəsi və verildiyi tarix;

2.1.6. dövlət qulluqçusunun elmi fəaliyyəti haqqında məlumatlar:

2.1.6.1. elmi dərəcəsi və elmi adı;

2.1.6.2. elmi dərəcəni və elmi adı verən qurumun adı;

2.1.6.3. elmi dərəcənin və elmi adın verildiyi tarix;

2.1.6.4. elmi dərəcənin və elmi adın verildiyi diplomun (attestatın) nömrəsi və tarixi;

2.1.6.5. elmi istiqamət;

2.1.7. dövlət qulluqçusunun dövlət təltifləri (orden və medalları), fəxri adları, dövlət mükafatları və fərdi mükafatları haqqında məlumatlar, onların verilmə sənədlərinin nömrələri və tarixləri;

2.1.8. dövlət qulluqçusunun hərbi vəzifəsi (hərbi mükəlləfiyyətli olub-olmaması), hərbi xidmət keçməsi, həqiqi hərbi xidmət dövrü və bu dövrdəki vəzifəsi haqqında məlumatlar;

2.1.9. dövlət qulluqçusunun xarici dil bilikləri və həmin dilləri bilmə səviyyəsi haqqında məlumatlar;

2.1.10. dövlət qulluqçusunun əmək (peşə) fəaliyyəti ilə bağlı iştirak etdiyi konfrans, seminar və digər tədbirlərin adları, tarixləri, yerləri və təşkilatçıları;

2.1.11. dövlət qulluğunda tətbiq edilmiş intizam tənbehi tədbirinin növü və tarixi, qüvvədəolma müddəti, vaxtından əvvəl götürülməsi haqqında məlumat.

 

3. Reyestrin aparılması qaydası

 

3.1. Reyestrə şəxs haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas həmin şəxsin dövlət qulluğu vəzifəsinə (o cümlədən staj və sınaq müddətinə) təyin edilməsidir. Dövlət qulluğu vəzifəsinə təyin edilmiş şəxs haqqında məlumatlar aidiyyəti dövlət orqanı (qurumu) tərəfindən 5 (beş) iş günü müddətində Reyestrə daxil edilir.

3.2. Dövlət qulluğu vəzifəsinə təyin edilmiş şəxs haqqında məlumatların Reyestrdə arxivləşdirilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsində nəzərdə tutulmuş dövlət qulluğuna xitam verilməsi hallarında həyata keçirilir. Dövlət qulluğuna xitam verilmiş şəxs haqqında məlumatlar aidiyyəti dövlət orqanı (qurumu) tərəfindən 5 (beş) iş günü müddətində Reyestrə daxil edilir.

3.3. Reyestrə daxil edilmiş məlumatlarda dəyişiklik olduqda həmin dəyişikliyin baş verdiyi vaxtdan, məlumatlar dövlət qulluqçusu tərəfindən aidiyyəti dövlət orqanına (qurumuna) təqdim edilməli olan hallarda isə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli 527 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın 2.5-ci bəndində nəzərdə tutulmuş müddətdə təqdim edildiyi tarixdən 5 (beş) iş günü müddətində aidiyyəti dövlət orqanı (qurumu) tərəfindən Reyestrdəki məlumatlarda müvafiq dəyişiklik edilir.

3.4. Reyestrə daxil edilmiş məlumatların hüquqi aktlara uyğunluğu, həqiqiliyi, tamlığı, düzgünlüyü və vaxtında daxil edilib-edilməməsi Mərkəz tərəfindən yoxlanılır. Həmin məlumatlarda uyğunsuzluqlar və çatışmazlıqlar aşkar edildikdə bu barədə aidiyyəti dövlət orqanına (qurumuna) bildiriş göndərilir.

3.5. Aidiyyəti dövlət orqanı (qurumu) bu Qaydanın 3.4-cü bəndində qeyd edilən bildiriş əsasında 5 (beş) iş günü müddətində uyğunsuzluqları və çatışmazlıqları aradan qaldıraraq məlumatları yoxlanılması üçün Mərkəzə təqdim edir.

3.6. Bu Qaydanın 3.5-ci bəndində qeyd edilən müddətdə uyğunsuzluqları və çatışmazlıqları aradan qaldırmaq mümkün olmadıqda, aidiyyəti dövlət orqanı (qurumu) tərəfindən 2 (iki) iş günü müddətində bunun səbəbləri, habelə uyğunsuzluqlar və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məlumatların təqdim ediləcəyi barədə Mərkəzə bildiriş göndərilir. Həmin uyğunsuzluqlar və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məlumatlar aidiyyəti dövlət orqanı (qurumu) tərəfindən 3 (üç) iş günü müddətində yoxlanılması üçün yenidən Mərkəzə təqdim edilir. Mərkəz tərəfindən təsdiq edildikdən sonra məlumatlar Reyestrə daxil edilir.

3.7. Bu Qayda qəbul edilənədək dövlət qulluğuna qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxs barəsində məlumatlar Reyestrdə olmadığı halda, həmin məlumatlar şəxsin müraciəti əsasında onun qulluq keçdiyi sonuncu dövlət orqanı (qurumu), yaxud həmin dövlət orqanının (qurumunun) hüquqi varisi olan dövlət orqanı (qurumu) tərəfindən Mərkəzə təqdim edilir, bu mümkün olmadıqda isə təsdiqedici sənədlər əsasında Mərkəz tərəfindən Reyestrin arxiv hissəsinə daxil edilir.

3.8. Aidiyyəti dövlət orqanı (qurumu) ilə Mərkəz arasında məlumat mübadiləsi “Dövlət qulluqçularının reyestri” informasiya ehtiyatı üzərindən həyata keçirilir.

SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42