Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

06 noyabr 2026, 21:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm.

Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü, qarşılıqlı anlaşmanı və sabitliyi möhkəmləndirmək üçün etibarlı zəmin yaratmağa imkan vermişdir.

Sülhün qurulması istiqamətində aparılan işlərdə Cənubi Qafqazda baş verən mühüm prosesləri nəzərə alaraq, Qafqaz ölkələrinin müdrikliyi və dövlət başçılarının uzaqgörən siyasəti sayəsində bu regionun sülh və sabitlik məkanına çevriləcəyinə inanıram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh və tərəqqi arzulayıram.

Dərin hörmətlə,

 

Sadır Japarov

Qırğız Respublikasının Prezidenti

SƏNƏDLƏR Məktublar 06 noyabr 2026
13:05
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar bayramlar münasibətilə "ACWA" şirkəti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi ...

06 noyabr 2026, 13:05