Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

06 noyabr 2026, 20:17

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Zati-alinizi və Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar gün Azərbaycan xalqının milli iradəsinin, birliyinin və Vətənə bağlılığının təcəssümüdür. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, gələcək nəsillər üçün qürur və ilham mənbəyinə çevrilmişdir.

Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri, insanların doğma torpaqlarına qayıdışı, həmçinin tarixi və mədəni irsin qorunması Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafını əks etdirir. Zəfər Günü bütün Türk dünyası üçün ortaq qürur və həmrəylik rəmzinə çevrilmişdir.

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrimiz arasında birliyin, həmrəyliyin və daha sıx əməkdaşlığın artan əhəmiyyətini əks etdirən yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu tərəqqi ən yüksək səviyyədə nümayiş etdirilən uzaqgörənlik, rəhbərlik və qətiyyətli səylər sayəsində mümkün olmuşdur.

Bu mühüm dövrdə Baş katib vəzifəsində çalışmaq və ümumi məqsədlərimizin irəli aparılmasına töhfə vermək mənim üçün xüsusi şərəf olmuşdur. Təşkilata göstərilən dəstəyə və onun dialoq, əlaqələndirmə və birgə təşəbbüslər platforması kimi rolunun gücləndirilməsi istiqamətində səylərə görə səmimi minnətdarlığımı bildirirəm.

Fəaliyyət göstərdiyim illərə nəzər salarkən birgə səylərimiz nəticəsində əldə edilmiş tərəqqini yüksək qiymətləndirirəm. Əminəm ki, yaratdığımız möhkəm təməl Türk dünyasının arzularının gerçəkləşməsinə və xalqlarımızın daha da yaxınlaşmasına xidmət edəcəkdir. Azərbaycanın TDT-yə sədrliyi dövründə irəli sürülən təşəbbüslər təşkilatın fəaliyyətinə, üzv dövlətlər arasında əməkdaşlığın dərinləşməsinə və Türk dünyasının beynəlxalq mövqeyinin gücləndirilməsinə mühüm töhfə vermişdir.

Zati-alinizə ali dövləti vəzifənizin icrasında davamlı uğurlar, Azərbaycan xalqına daim sülh, sabitlik və rifah arzulayıram.

Dərin hörmətlə,

 

Kubanıçbek Ömüralıyev

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi

SƏNƏDLƏR Məktublar 06 noyabr 2026
13:05
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar bayramlar münasibətilə "ACWA" şirkəti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi ...

06 noyabr 2026, 13:05