İlham Əliyev XXX London Yay Olimpiya Oyunlarında inamlı qələbə qazanaraq qızıl medallar almaları münasibətilə sərbəst güləşçilərimiz Toğrul Əsgərovu, Şərif Şərifovu, məşqçilər Saypulla Absaidovu və Firdovsi Umudovu təbrik etmişdir

12 avqust 2012, 06:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də XXX London Yay Olimpiya Oyunlarında inamlı qələbə qazanaraq qızıl medallar almaları münasibətilə sərbəst güləşçilərimiz Toğrul Əsgərovu, Şərif Şərifovu, məşqçilər Saypulla Absaidovu və Firdovsi Umudovu təbrik etmişdir.

Dövlətimizin başçısı Azərbaycanın idman şərəfini layiqincə qoruyaraq əldə etdikləri böyük nailiyyəti yüksək qiymətləndirmiş, idmançılarımıza və onların məşqçilərinə yeni qələbələr arzulamışdır. 

SƏNƏDLƏR Məktublar 06 noyabr 2026
13:05
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar bayramlar münasibətilə "ACWA" şirkəti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi ...

06 noyabr 2026, 13:05