22:30

Bakı Metropoliteninin “Koroğlu” (keçmiş “Məşədi Əzizbəyov”) stansiyasının yenidənqurmadan sonra açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.
“Koroğlu” stansiyasında dövlətimizin başçısını və xanımını Bakı Metropoliteninin əməkdaşları hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev stansiyanın rəmzi açılışını bildirən lenti kəsdi.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov dövlətimizin başçısına və xanımına stansiyanın yeni yerüstü binası haqqında məlumat verdi. Bildirildi ki, 2010-cu ilin iyunundan etibarən Bakı Metropoliteninin birinci növbəsinə daxil olan bu stansiyada yenidənqurma işlərinə başlanılmışdır. Layihəni Avstriya şirkəti hazırlamış, tikinti-quraşdırma işlərini isə ABŞ şirkəti həyata keçirmişdir.
Stansiyada yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, yenidənqurma işləri çərçivəsində birinci vestibüldəki pavilyonun yerinə hündürlüyü 20 metr, səthin sahəsi 1800 kvadratmetrədək olan şüşə-metal konstruksiyadan piramida şəklində yeni vestibül inşa edilmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva vestibüldə xalq qəhrəmanı Koroğlunun abidəsinin qoyulacağı postamentə və eskiz layihələrinə baxdılar, stansiya daxilində fəaliyyət göstərəcək ticarət köşkləri və istirahət guşələrində yaradılan şəraitlə tanış oldular.
Sonra platformaya enən Prezident İlham Əliyevə əvvəlcə “SOS” həyəcan avadanlığı barədə məlumat verildi. Qeyd olundu ki, bu avadanlıq vasitəsilə metropoliten işçiləri bütün məlumatları mərkəzə ötürə bilərlər.
Diqqətə çatdırıldı ki, stansiyanın çıxışlarının, vestibüllərinin, divarlarının üzlükləri dəyişdirilərək mərmər və qranitlə əvəzlənmişdir. Sərnişin platformasının və 32 sütunun hər biri yarıyadək mərmər, digər yarısı isə paslanmayan metalla üzlənmişdir. Ümumilikdə on min kvadratmetrədək üzləmə işləri yerinə yetirilmişdir. Stansiyada yeni materiallardan quraşdırılmış asma tavan müasir işıqlandırma sistemi ilə təchiz olunmuşdur. Burada Almaniya istehsalı olan üç eskalator quraşdırılmışdır. Yeni qurulan yerüstü vestibülü, texnoloji və xidməti sahələri havalandıran, su ilə təchiz edən müasir sistemlər quraşdırılmışdır. Azərbaycanda ilk dəfə kompyuter texnologiyalarından istifadə olunmaqla şüşə-metal konstruksiyalı vestibüldə çoxrəngli müasir, enerjiyə qənaət edən LED tipli işıqlandırma sistemi tətbiq edilmişdir. Bakı Metropolitenində ilk dəfə olaraq stansiyanın vestibülündə yaşıl bağ salınmışdır.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, stansiyaya girişi asanlaşdırmaq üçün yerüstü nəqliyyat vasitələrinin intensiv olduğu ərazidə piyada keçidləri inşa olunmuşdur.
Dövlətimizin başçısı və xanımı keçidin texniki göstəricilərini əks etdirən stendlərə baxdılar.
Nəqliyyat naziri Ziya Məmmədov bildirdi ki, bu, ilk növbədə metrodan istifadə edən sərnişinlərin və ərazidə yaşayan sakinlərin təhlükəsizliyinə və sərbəst hərəkətinə xidmət edir. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində inşa olunan birinci və ikinci tunellərdə piyadaların hərəkəti üçün bütün zəruri şərait yaradılmışdır. Birinci tunelin uzunluğu 140, ikincisinin uzunluğu isə 65 metrdir. Hər iki tunelin eni 6 metrdir. Burada piyadaların hərəkətini tənzimləyən istiqamətverici elektron lövhələr və müşahidə kameraları quraşdırılmışdır.
Dövlətimizin başçısı stansiyada yaradılmış şəraitdən razılığını bildirdi.









PDF yükləyin
20 iyul 2026, 13:49Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” (bundan sonra –...
20 iyul 2026, 13:48Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı...
20 iyul 2026, 13:46Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda...
20 iyul 2026, 13:45Əlahəzrət,
2026 FIFA Dünya Kubokunda İspaniya milli futbol komandasının möhtəşəm qələbəsi və ikinci dəfə dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından...
20 iyul 2026, 13:42Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası vətəndaşlarının və vətəndaş cəmiyyəti institutlarının dövlət idarəetməsinin həyata keçirilməsində, o cümlədən...
17 iyul 2026, 16:28Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini, 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan...
17 iyul 2026, 16:26Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10...
17 iyul 2026, 16:24Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 25-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun...
17 iyul 2026, 16:22