İlham Əliyev Sloveniyanın Novo Qoritsa şəhərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin memorialını ziyarət etmişdir

10 iyun 2011, 18:30
İlham Əliyev Sloveniyanın Novo Qoritsa şəhərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin memorialını ziyarət etmişdir

Prezident İlham Əliyev və Sloveniya Respublikasının Prezidenti Danilo Türk Novo Qoritsa şəhərində Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının igid oğlu Mehdi Hüseynzadənin memorialını ziyarət etmişlər. Dövlət başçıları əfsanəvi qəhrəmanın memorial muzeyinin açılışında da iştirak etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyev qəhrəmanın abidəsi önünə əklil qoydu.

Mehdi Hüseynzadənin memorialı önündə təşkil olunan mərasimdə çıxış edən Novo Qoritsa şəhərinin meri Matej Arkon Azərbaycan Prezidentini bu şəhərdə görməkdən məmnun olduğunu bildirdi.

“Mehdi Hüseynzadə bizi birləşdirən şəxs idi və onun qəhrəmanlığı bütün ətraf kəndlərin əhalisi tərəfindən ehtiramla yad olunur, o, hər birimizin qəlbində yaşayır” - deyən mer alman faşizminin Mehdi Hüseynzadənin arzularını yarımçıq qoyduğunu, lakin bu yerlərin insanlarının azadlıq əzmini qıra bilmədiyini vurğuladı.

Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İvan Başin də Mehdi Hüseynzadənin xatirəsini anaraq, Mixaylonun əfsanəvi qəhrəmanlığından danışdı.

İkinci Dünya müharibəsi gedişində Azərbaycan əsgərlərinin sloven partizanlarının 9-cu korpusu tərkibində düşmənə qarşı birgə mübarizə apardıqlarını qeyd edən İ.Başin vurğuladı ki, yerli sakinlər Mixayloya hər zaman böyük hörmətlə yanaşırdılar.

Rəhbərlik etdiyi cəmiyyətin fəaliyyətinə toxunan İ.Başin əsas məqsədin Azərbaycan təşkilatları ilə elm, təhsil, mədəniyyət və iqtisadiyyat sahələrində əlaqələri genişləndirmək və ikitərəfli əməkdaşlığa yeni töhfələr vermək olduğunu bildirdi.

Sonra xor kapellasının çıxışı oldu.

Sloveniya Prezidenti Danilo TÜRK mərasimdə çıxış edərək dedi:


- Hörmətli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!

Azərbaycandan gəlmiş hörmətli qonaqlar!

Hörmətli dostlar, hörmətli vətəndaşlarımız, mərasim iştirakçıları!

Əvvəlcə bu tədbirə gəldiyinizə görə sizə dərin təşəkkürümüzü bildiririk. Biz bu günü böyük iftixar hissi ilə qeyd edirik. Əslində bu, ölkələrimizin nə qədər yaxın olduğunu bir daha nümayiş etdirir. Xüsusilə qeyd etmək istəyirəm ki, bu gün aramızda mövcud olan tarixi əlaqələr daha da möhkəmləndirilməlidir. Çünki tarixdə bizi bağlayan ümumi məqamlar vardır.

Biz gözəl bilirik ki, İkinci Dünya müharibəsində həm Sloveniya, həm Azərbaycan, həm də digər ölkələrin əsgərləri böyük şücaət göstərib və düşmənə cəsarətlə sinə gəriblər. Daha bir sevindirici məqam ondan ibarətdir ki, Sloveniya və Azərbaycan müstəqil ölkələrdir. Demək olar ki, onlar müstəqilliyini eyni vaxtda əldə ediblər. Bu il biz müstəqilliyimizin 20-ci ildönümünü qeyd edirik. Əslində, bizim oxşar tariximizi yaşamış ölkələr də öz müstəqilliklərini demək olar ki, həmin vaxt baş vermiş tarixi hadisələr nəticəsində əldə etdilər. Biz bu gün ümumi tariximizlə, keçmişimizlə fəxr edə bilərik. Çünki xalqlarımızın nümayəndələri faşizm və nasizmə qarşı böyük mücadilə və mübarizə aparıblar. Bu, bizi birləşdirən ümumi irsimizdir. Əslində, bu mübarizə olmasaydı, bu gün biz ümumi Avropa haqqında danışa bilməzdik. Onlar öz həyatlarını qurban verib və bizim gələcək nəsillərimiz üçün sülh şəraitində ümumi məkanın qurulması uğrunda mübarizə aparıblar. Beləliklə, bu gün biz ümumi irsimizin, ortaq tariximizin oxşar məqamları haqqında danışa bildiyimiz üçün çox şadıq.

Əslində bu gün biz çalışmalıyıq ki, hər hansı ziddiyyətlər, mövcud münaqişələr və baş verən müharibələr zamanı pozulmuş hüquqların bərpası təmin edilsin. Bu baxımdan biz hesab edirik ki, bu gün bu tədbirin burada keçirilməsi mühüm mədəni mesajı özündə əks etdirir. Bu, xoşməramlı mesajdır. Bu mərasimin keçirilməsi ilə bir daha onu qeyd edirik ki, biz bir-birimizə yaxın olmalıyıq. Biz keçmişimizi yaddan çıxarmamalı və onu daim qəlbimizdə yaşatmalıyıq.

Mən bu gün Sloveniya Respublikasının Prezidenti kimi bu tədbirdə iştirak etməkdən olduqca məmnunam. Bu gün biz vacib bir mərasimdə iştirak edirik. Cənab Prezident İlham Əliyevə xüsusi təşəkkürümü bildirirəm ki, öz nümayəndə heyəti ilə şəxsən bu mərasimdə iştirak edir. Bu, bizim birliyimizin rəmzidir. Ümidvaram ki, bundan sonra da birgə tədbirlərimizi davam etdirəcəyik. Qeyd edim ki, atdığımız birgə addımların artıq yaxşı bünövrəsi vardır. Mən bu gün səmimi qəlbdən bu bünövrəyə əsaslanan əlaqələrin gələcəkdə də daha böyük nəticələr verməsini arzulamaq istərdim. Sonda bir daha Sizə və bütün mərasim iştirakçılarına dərin təşəkkürümü bildirirəm. Sağ olun.

Sonra Azərbaycan Prezidenti İlham ƏLİYEV mərasimdə çıxış edərək dedi:

- Hörmətli cənab Prezident Danilo Türk!

Hörmətli Şampos və Novo Qoritsanın sakinləri, əziz dostlar!

Bu gün Sloveniya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar və unudulmaz bir gündür. Bu gün biz Azərbaycan xalqının böyük oğlu qəhrəman Mehdi Hüseynzadənin – Mixaylonun memorial muzeyinin açılışına toplaşmışıq.

İlk növbədə Prezident cənab Danilo Türkə, Sloveniya dövlətinə, Sloveniya xalqına Mehdi Hüseynzadənin xatirəsinə göstərdikləri böyük hörmətə görə Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm.

Mehdi Hüseynzadə burada sloveniyalı dostları ilə bərabər partizan dəstəsində faşistlərə qarşı döyüşmüş və qəhrəmancasına həlak olmuşdur. Bu mübarizə və xalqlarımızın birgə səyləri nəticəsində faşizm kimi bəla üzərində hamımız birlikdə qələbə qazanmışıq. Qəhrəmanlarımızın əziz xatirəsi xalqlarımızın qəlbində daim yaşayır və bugünkü mərasim bu sözlərin ən gözəl təsdiqidir.

İkinci Dünya müharibəsində 600 min Azərbaycan vətəndaşı döyüşmüşdür. Onların yarısı – 300 mini həlak olmuş, müharibədən qayıtmamışdır. Müharibə zamanı sovet ordusunun yanacağının 90 faizini Azərbaycan neftçiləri təmin etmişlər.

Bu gün Sloveniya-Azərbaycan əlaqələrinin inkişafında çox əlamətdar bir gündür. Bu əlaqələrin gələcək inkişafı üçün bu gün yeni imkanlar açılır. Bizi çox gözəl dostluq əlaqələri bağlayır. Bizim qarşılıqlı iqtisadi təşəbbüslərimiz müzakirə edilir. Əməkdaşlığımızın perspektivləri haqqında aramızda fikir ayrılığı yoxdur.

Qəhrəmanlarımıza, onların xatirəsinə olan hörmət və xoş münasibət əlaqələrimizi daha da gücləndirir. Sloveniya dövlətinə, şəxsən Sloveniya Respublikasının Prezidentinə bu xoş münasibətə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan tərəfi də öz növbəsində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəkdir. Bizim birgə fəaliyyətimiz sayəsində daha da yaxşı nəticələr əldə olunacaqdır.

Mənim Sloveniyaya rəsmi səfərim bu gün burada başa çatır. İki günlük səfər çox məhsuldar olmuşdur. Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. Bir daha məni Sloveniyaya dəvət etdiyiniz üçün, mənə və nümayəndə heyətinə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə sizin hamınıza minnətdarlığımı bildirmək istəyirəm.

Çıxışımın sonunda Mehdi Hüseynzadənin büstü önündə demək istəyirəm: Yaşasın Sloveniya-Azərbaycan dostluğu!

X X X

Mərasimdə uşaq xoru da çıxış etdi.

Sonra Azərbaycan və Sloveniya prezidentləri Mehdi Hüseynzadənin memorial muzeyinin açılışında iştirak etdilər.

Dövlət başçıları xatirə lövhəsinin üzərindən örtüyü götürdülər.

Prezident İlham Əliyev və Prezident Danilo Türk muzeylə tanış oldular.

Məlumat verildi ki, xalqımızın qəhrəmanlıq tarixində mühüm yeri olan Mehdi Hüseynzadənin memorial muzeyindəki bütün eksponatlar onun adı ilə bağlıdır. Burada qəhrəmanın keçdiyi döyüş yolu bütün təfərrüatları ilə əks olunmuşdur. O dövrə aid fotolar, Mehdi Hüseynzadənin döyüş yoldaşlarının təqdim etdikləri qiymətli eksponatlar bu muzeyə gələnlərdə Mixaylonun qəhrəmanlığı haqqında dolğun təəssürat yaradır.

Muzeydə Mixaylonun abidəsi də qoyulmuşdur. Vaxtilə ona məxsus olan döyüş sursatları, şəxsi əşyalar da muzeydə nümayiş etdirilir. Mehdi Hüseynzadə haqqında çəkilmiş “Uzaq sahillərdə” filmindən fotolar da buraya gələnlərə xalqımızın igid oğlunun xatirəsinin hər zaman soydaşlarımızın qəlbində yaşadığını bir daha nümayiş etdirir. Bir sözlə, memorial muzeyin yaradılması bu torpaqların faşizm təhlükəsindən azad olunması yolunda öz canından keçmiş Mehdi Hüseynzadənin xatirəsinə həm Azərbaycan, həm də Sloveniya hökumətlərinin ehtiramını göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev və Sloveniya Prezidenti Danilo Türk muzeyin xatirə kitabına ürək sözlərini yazdılar.

Mərasimdə iştirak edən yerli sakinlər dövlət başçıları ilə söhbətlərində bir daha vurğuladılar ki, Mehdi Hüseynzadənin əziz xatirəsi hər zaman onların qəlbində yaşayacaqdır.

Prezidentlər İlham Əliyev və Danilo Türk Mehdi Hüseynzadənin büstü önündə xatirə şəkli çəkdirdilər. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 27 dekabr 2024
13:20
“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin...

27 dekabr 2024, 13:20
SƏNƏDLƏR Qanunlar 27 dekabr 2024
13:18
“Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının...

27 dekabr 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 27 dekabr 2024
13:16
“İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 95-VIIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 95-VIIQ nömrəli...

27 dekabr 2024, 13:16
SƏNƏDLƏR Fərmanlar 27 dekabr 2024
13:12
“Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 94-VIIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət Sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 94-VIIQ nömrəli...

27 dekabr 2024, 13:12
SƏNƏDLƏR Sərəncamlar 27 dekabr 2024
13:08
“Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında”...

27 dekabr 2024, 13:08
SƏNƏDLƏR Fərmanlar 27 dekabr 2024
13:06
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli...

27 dekabr 2024, 13:06