“Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

27 iyul 2026, 13:21

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 10-cu və 16-cı bəndlərini rəhbər tutaraq, “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934; 2025, № 1, maddələr 1, 16, № 2, maddə 96, № 4 (I kitab), maddə 322, № 7, maddələr 606, 608; 2026, № 1, maddələr 8, 16, № 2, maddə 110, № 3, maddə 209, № 4, maddələr 295, 300; Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 394-VIIQD nömrəli, 1 may tarixli 401-VIIQD nömrəli və 5 iyun tarixli 417-VIIQD nömrəli qanunları) 3-cü maddəsinin 3-cü hissəsinə “notarius,” sözündən sonra “xüsusi icra məmuru,” sözləri əlavə edilsin.

Maddə 2. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2026, № 1, maddə 16) 1-ci maddəsinin ikinci hissəsinin beşinci abzasına “notarius,” sözündən sonra “xüsusi icra məmuru,” sözləri əlavə edilsin.

Maddə 3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 1, maddə 1, № 2, maddə 100, № 4 (I kitab), maddələr 315, 322, № 5, maddə 440, № 6, maddələr 526, 536, № 7, maddələr 610, 617, № 8, maddələr 743, 744; Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli və 30 iyun tarixli 429-VIIQD nömrəli qanunları) 81-2.1-ci maddəsində “79-cu” sözləri “79.1-ci maddəsinin birinci cümləsi və 79.2-ci” sözləri ilə əvəz edilsin.

Maddə 4. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 586 (Cild I); 2024, № 5 (I kitab), maddə 502, № 12 (II kitab), maddə 1337; 2025, № 7, maddələr 606, 617, № 8, maddə 743; 2026, № 3, maddə 210) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4.8-ci maddəyə birinci halda “və” sözündən sonra “dövlət” sözü əlavə edilsin;

4.2. 25-1-ci maddə üzrə:

4.2.1. 25-1.1.1-ci maddəyə “halda” sözündən sonra “dövlət icra məmurları tərəfindən” sözləri əlavə edilsin;

4.2.2. 25-1.1.2-ci maddədə “İcra” sözü “Dövlət icra” sözləri ilə əvəz edilsin.

Maddə 5. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514 (Cild I); 2024, № 8, maddə 934, № 12 (II kitab), maddə 1348; 2026, № 1, maddə 16) 2.0.14-cü maddəsinə “notarius,” sözündən sonra “xüsusi icra məmuru,” sözləri əlavə edilsin.

Maddə 6. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669 (Cild I); 2024, № 7, maddə 762, № 8, maddə 934; 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 322; 2026, № 1, maddə 16) 4-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. 4.1.9-cu maddəyə “notariuslar,” sözündən sonra “xüsusi icra məmurları,” sözləri əlavə edilsin;

6.2. 4.4.2-ci maddəyə ikinci halda “göstərilən” sözündən sonra “xüsusi icra məmurları,” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2026-cı il

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55