16:35
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7, № 4, maddə 365, № 5 (I kitab), maddələr 488, 489, 503, № 11, maddə 1187, № 12 (II kitab), maddələr 1350, 1351; 2025, № 1, maddələr 2, 15, 16, № 6, maddə 524) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 39-cu maddə üzrə:
1.1.1. 39.4-cü maddədə “təsviri, spesifikasiyası və nümunəsi” sözləri “məzmunu” sözü ilə əvəz edilsin;
1.1.2. 39.5-ci maddənin ikinci cümləsi çıxarılsın;
1.2. 41.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“41.2. Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması məsələsi müsbət həll edildikdə bu barədə qərarın verilməsinə görə dövlət rüsumu ödənildikdən sonra həmin qərar müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülür, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin təqdim etdikləri elektron poçt ünvanına göndərilir.”;
1.3. 42-ci maddə üzrə:
1.3.1. 42.6-cı maddədə “edilmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə” sözləri “edildikdə” sözü ilə, “qərar təqdim edir” sözləri “qərarı “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada tərtib edir, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminə ötürür və onun təqdim etdiyi elektron poçt ünvanına göndərir” sözləri ilə əvəz edilsin;
1.3.2. 42.8-ci maddədə “fərdi olaraq doldurulması, verilməsi” sözləri “elektron qaydada tərtib olunması, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülməsi və onun müraciət edənin təqdim etdiyi elektron poçt ünvanına göndərilməsi” sözləri ilə əvəz edilsin;
1.4. 43.1.4-cü maddəyə “olmadıqda” sözündən sonra “və ya bu Məcəllənin 41.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 41.3-cü və 41.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
Maddə 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 88 (Cild I); 2025, № 6, maddə 523, № 7, maddə 629; 2026, № 1, maddə 8) 3-cü maddəsinin birinci hissəsinin 4-cü bəndində “nümunəli” sözü “məzmunlu” sözü ilə əvəz edilsin.
Maddə 3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187, № 12 (II kitab), maddə 1351; 2025, № 1, maddə 1, № 2, maddə 101, № 4 (I kitab), maddələr 318, 322, № 5, maddə 433, № 6, maddələr 521, 524, № 7, maddə 626, № 12 (I kitab), maddələr 1118, 1129; 2026, № 1, maddələr 8, 13, 20; Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu) 14.9-cu maddəsindən “və müvəqqəti olma müddətinin uzadılması barədə qərarın” sözləri çıxarılsın.
Maddə 4. Keçid müddəa
Bu Qanun qüvvəyə mindiyi günədək verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərarlar onlarda göstərilmiş müddət bitənədək öz hüquqi qüvvəsini saxlayır. Bu qərarlar itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə, habelə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar dəyişdikdə elektron qaydada tərtib olunur, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülür, eləcə də müraciət edənin elektron poçt ünvanına göndərilir və bu zaman dövlət rüsumunun ödənilməsi tələb olunmur.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2026-cı il
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 104 (Ci...
05 oktyabr 2026, 16:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Jalə Fazil qızı Əliyeva “Şöhrət” ordeni il...
05 oktyabr 2026, 10:30Hörmətli cənab Prezident,
İraq Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq...
03 oktyabr 2026, 11:02Hörmətli cənab Prezident,
Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Koreya arasında əlaqələr dostluğa, qarşılıqlı hörmətə və səmərəli əməkdaşlığa ...
03 oktyabr 2026, 11:01Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm və etibarlı tərəfdaşı olaraq ikitərəfli dö...
03 oktyabr 2026, 11:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə ...
03 oktyabr 2026, 10:04Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Mis...
02 oktyabr 2026, 15:43