“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

11 iyul 2017, 18:49

Azərbaycan Respublikasının 2017-ci il

30 iyun tarixli Qanunu ilə təsdiq edilmişdir

 

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, 37 mm x 50 mm ölçüdə düzbucaqlı və ona halqa və ilgək vasitəsilə birləşdirilmiş diametri 37 mm, şuaları olan səkkizguşəli lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində səkkizguşəli lövhənin üzərinə iki tərəfdən konturlanmış çevrəsi olan, səthi çevrə boyunca Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun mina ilə örtülmüş lövhə yerləşdirilmişdir.

2.2. Medalın mərkəzi çevrəsinin yuxarı hissəsində qövs boyunca “AZƏRBAYCAN”, aşağı hissəsində “ORDUSU” sözləri yazılmış, kənarlarında sol tərəfdə “1918”, sağ tərəfdə isə “2018” rəqəmləri təsvir edilmişdir.

2.3. Çevrənin mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin emblemi həkk edilmişdir. Medalın mərkəzindən aşağıda emblemin alt tərəfində “100 il” yazılmışdır.

2.4. Səkkizguşəli ulduz və onun şuaları, çevrənin konturları, emblem, sözlər və rəqəmlər relyefli olaraq qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfi hamar səthlidir, ortada “AZƏRBAYCAN ORDUSUNUN 100 İLLİYİ 1918-2018” sözləri və rəqəmləri relyefli yazılmışdır.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində səkkizguşəli ulduz relyefli təsvir edilmişdir.

Maddə 4. Medalın elementləri

4.1. Medalın paltara bərkidilmək üçün 37 mm x 50 mm ölçüdə düzbucaqlı elementi var.

4.2. Elementin yuxarı hissəsinə 40 mm x 5 mm ölçüdə düzbucaqlı lövhə bərkidilmişdir. Lövhənin üzərində relyefli palıd yarpaqları təsvir edilmişdir.

4.3. Elementin aşağı hissəsinə 40 mm x 9 mm ölçüdə beşbucaqlı lövhə bərkidilmişdir. Lövhənin mərkəzində relyefli aypara və ulduz təsvir edilmişdir.

4.4. Elementin üzərinə kənarlarından mərkəzə doğru ardıcıl olaraq 1 mm enində qızılı, 9 mm enində tünd yaşıl, 1 mm enində ağ və mərkəzdə hər birinin eni 5 mm olan Azərbaycan Respublikasının Dövlət bayrağı rənglərində şaquli zolaqlar təsvir edilmiş xara lent çəkilmişdir.

4.5. Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.

gallery-photo
SƏNƏDLƏR Sərəncamlar 02 iyun 2025
15:49
“Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya...

02 iyun 2025, 15:49
SƏNƏDLƏR Fərmanlar 02 iyun 2025
15:47
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 179-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

02 iyun 2025, 15:47
SƏNƏDLƏR Qanunlar 02 iyun 2025
15:45
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda...

02 iyun 2025, 15:45