Avropa Komissiyasının sədri Xose Manuel Barrozudan

07 iyun 2011, 21:30

Hörmətli Prezident,

XVIII Beynəlxalq Xəzər neft, qaz sərgisi və konfransının açılışı münasibətilə Sizi səmimiyyətlə salamlamaq istərdim.

Yanvarda Bakıya səfər etməkdən məmnun oldum və təəssüf edirəm ki, bu gün şəxsən Sizinlə deyiləm.

Bu sərgidə böyük sayda beynəlxalq iştirakçıların olmasından məlumatlıyam. Bu, Azərbaycanın müstəqilliyindən sonra əldə edilmiş tərəqqinin və Azərbaycanın beynəlxalq enerji sahəsində oynadığı mühüm rolun bariz nümunəsidir.

Avropa İttifaqı üçün Azərbaycan enerji sektorunda əsas strateji tərəfdaşdır. Bu sərgidə sənayemizin iştirakı Avropa İttifaqını Azərbaycanla bağlayan sıx tarixiəlaqələrin təcəssümüdür. Keçmişə nəzər saldıqda, mən ötən il Brüsseldə məmnunluqla keçirdiyimiz “Nobel və Bakı nefti” sərgisini xatırlayıram. Bu, həmçinin sənayemizin təmin etdiyi texnoloji inkişaf və nou-haudan qarşılıqlı şəkildə davamlı olaraq necə yararlandığımızı nümayiş etdirir və gələcəkdə birgə nəyə nail ola biləcəyimizi göstərir.
XIX əsrdə qətiyyət və mübarizə ruhu əcdadlarımızı ölkənizdə neft sənayesini inkişaf etdirməyə ruhlandırdı.

Bu gün biz yenidən qətiyyət və mübarizə ruhunda olmaq və Prezident Əliyevin dediyi kimi, ölkədə görünməmiş iqtisadi tərəqqiyə səbəb olmuş əsrin yeni kontraktını imzalamaq imkanını əldə etmişik.

Qarşımızda çağırışların olduğu vaxtda “Əsrin müqaviləsi”ndən, yeni bazarlara çıxışın və imkanların əldə edilməsində uğurlardan ilhamlana bilərik. Mən xüsusən də Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin tikintisini, o cümlədən Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin inkişaf etdirilməsini nəzərdə tuturam.

Qətiyyət və mübarizə ruhu 19-cu əsrin sonlarında zəruri idi, bu gün də zəruridir!

Ölkənin gücü və potensialına əsaslanaraq, Azərbaycanın tutduğu mövqe onun gələn onilliklər ərzində neft və qazın hasil edilməsi və tranzitində əsas tərəfdaş kimi qalmasını təmin edəcəkdir.

Prezident Əliyev ilə yanvarda imzaladığım Birgə Bəyannamə bu istiqamətdə atılan konkret addım oldu. Biz Azərbaycanı “Cənub” qaz dəhlizinə böyük töhfə verən və onu mümkün edən tərəf kimi görmək barədə ümumi məqsədimizi təsdiq etmişik. Azərbaycan regiondakı mühüm rolunu təsdiqləmiş və Avropa İttifaqı ilə körpüləri qurmaq vəzifəsini nümayiş etdirmişdir. Əminəm ki, biz mümkün qədər tez bir vaxtda bu dəhlizi birgə səylərlə reallaşdıracağıq. XXIəsrdə kontraktın elan edilməsini səbirsizliklə gözləyirəm.

Yaddan çıxarmalı deyilik ki, münasibətlərimiz enerji məsələləri ilə kifayətlənmir. Lakin biz enerjini ölkələrimiz, iqtisadiyyatlarımız və xalqlarımız arasında daha sıx əlaqələrin yaradılması və regionda sabitliyin və təhlükəsizliyin qurulması kimi daha yüksək və strateji məqsədlərə nail olmaqda mühüm alət kimi görürük. İmkanlar, o cümlədən ticarət, nəqliyyat, iqtisadi əməkdaşlıq, sosial və insan inkişafı kimi sahələrdə olduqca böyükdür.

Yanvar ayında Bakıda qeyd etdiyim kimi, məqsədimiz Azərbaycanın Avropa İttifaqı ilə siyasi birliyini və iqtisadi inteqrasiyasını təşviq etməkdir. Bu cür tərəfdaşlığın qurulmasında Avropa İttifaqının müəyyən təcrübəsi vardır.

Bu mənada, biz beynəlxalq hüquq prinsiplərinə və fundamental dəyərlərə sadiq olaraq Şərq tərəfdaşlığı məqsədlərinə nail olmaq üçün Azərbaycandakı dostlarımızla sıx işləyirik. Bu, ikitərəfli Assosiasiya Sazişi ilə bağlı cari danışıqları nəzərdə tutur.

Şübhəsiz ki, iki tərəfin uzunmüddətli öhdəliyi həm Azərbaycan, həm Avropa İttifaqı vətəndaşları üçün qarşılıqlı fayda verəcəkdir.

Sizə uğurlu sərgi və konfransda məhsuldar müzakirələr arzulayıram.

Gələcəkdə Bakıya yenidən səfər etməyimi səmimiyyətlə arzulayıram.

Sağ olun.

Xose Manuel Barrozu
Avropa Komissiyasının sədri

SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:30
“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...

16 noyabr 2026, 13:30
SƏNƏDLƏR Sərəncamlar 16 noyabr 2026
13:28
2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə ...

16 noyabr 2026, 13:28
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:25
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində idarəetmə və n...

16 noyabr 2026, 13:25
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:21
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nömrəli Qanununun tətbiqi və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nöm...

16 noyabr 2026, 13:21
SƏNƏDLƏR Qanunlar 16 noyabr 2026
13:20
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Top...

16 noyabr 2026, 13:20
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
12:09
“Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı...

16 noyabr 2026, 12:09
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
12:06
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD n...

16 noyabr 2026, 12:06
SƏNƏDLƏR Qanunlar 16 noyabr 2026
12:05
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunv...

16 noyabr 2026, 12:05