Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin 1.1.7-ci maddəsində, 8.4-cü maddəsinin birinci cümləsində, 9.1.3-cü (üçüncü halda), 9.2-ci, 10.1.4.17-ci (ikinci halda), 10.1.5.5-ci (ikinci halda) maddələrində, 10.3-cü maddəsinin üçüncü cümləsində, 11.2-ci maddəsində, 11.10-cu maddəsinin ikinci cümləsində, 11.12-ci, 16.2-ci, 16.3-cü maddələrində, 18.3-cü və 18.14-cü maddələrinin ikinci cümlələrində, 20.2.6-cı maddəsində, 20.3-cü maddəsinin birinci abzasında, 20.3.1-ci, 20.3.3 – 20.3.5-ci, 20.7-ci, 21.4-cü (ikinci – dördüncü hallarda), 21.5-ci, 21.7-ci maddələrində, 21.10-cu maddəsinin birinci cümləsində, 22.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 22.3-cü maddəsinin birinci cümləsində, 22.4-cü maddəsinin ikinci cümləsində, 22.5-ci maddəsində, 23.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 23.3-cü maddəsində, 23.5-ci maddəsinin ikinci cümləsində, 23.6-cı maddəsində, 23.7-ci maddəsinin birinci cümləsində (hər iki halda), 23.8-ci, 24.1.7-ci, 24.1.8-ci, 25.2-ci maddələrində, 26.1-ci maddəsinin birinci cümləsində, 26.3-cü maddəsinin birinci abzasında, 26.3.2-ci, 26.5-ci maddələrində, 26.6-cı maddəsinin ikinci cümləsində, 27.3-cü, 27.6-cı, 27.7-ci, 27.10-cu maddələrində, 27.11-ci maddəsinin birinci cümləsində (hər iki halda), 27.15-ci maddəsinin birinci və ikinci cümlələrində, 27.19-cu, 27.22-ci maddələrində, 27.23-cü maddəsinin birinci və ikinci cümlələrində, 27.24-cü maddəsində, 28.1-ci maddəsinin birinci cümləsində (hər iki halda), 28.2-ci (hər iki halda), 28.3-cü (hər iki halda) maddələrində, 29.2-ci maddəsinin ikinci cümləsində, 29.3-cü, 29.4-cü, 30.4-cü, 36.3-cü, 39.5-ci, 41.1.5-ci, 41.4-cü, 42.1-ci, 42.5-ci, 43.1-ci maddələrində, 45-ci maddəsinin birinci cümləsində, 47.1-ci, 47.3-cü, 47.5-ci, 52.3-cü maddələrində, 53.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 53.2-ci maddəsinin ikinci – dördüncü cümlələrində, 54.1 – 54.3-cü maddələrinin üçüncü cümlələrində, 54.4-cü maddəsinin birinci – üçüncü cümlələrində, 54.5-ci maddəsinin ikinci cümləsində, 54.6 – 54.8-ci maddələrinin üçüncü cümlələrində, 54.11-ci, 55.2-ci, 55.4-cü maddələrində, 55.5-ci maddəsinin birinci – üçüncü cümlələrində, 56.1.11-ci maddəsində, 57.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 58.3-cü, 59.8-ci, 63.5-ci, 64.15-ci, 65.2-ci, 66.3 – 66.5-ci, 68.2-ci, 68.3-cü, 68.4-cü (hər iki halda), 68.5-ci, 69.2-ci, 86.2-ci, 87.1.7-ci, 87.1.12-ci, 89.1-ci, 89.4-cü, 90.1-ci, 90.2-ci maddələrində, 90.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 92.1-ci (hər iki halda) və 92.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 1.1.7-ci maddəsində, 8.4-cü maddəsinin birinci cümləsində, 10.3-cü maddəsinin üçüncü cümləsində, 18.3-cü və 18.14-cü maddələrinin ikinci cümlələrində, 21.4-cü (birinci halda) maddəsində, 21.10-cu maddəsinin birinci cümləsində, 24.1.7-ci, 27.24-cü, 39.5-ci, 41.1.5-ci, 56.1.11-ci maddələrində, 57.3-cü maddəsinin ikinci cümləsində, 58.3-cü, 59.8-ci, 63.5-ci, 64.15-ci, 65.2-ci, 66.3 – 66.5-ci və 92.1-ci (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Məcəllənin 21.4-cü maddəsində üçüncü halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçılarının müavinlərinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası nəzərdə tutulur;
1.4. həmin Məcəllənin 57.3-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur;
1.5. həmin Məcəllənin 16.3-cü, 24.1.8-ci, 30.4-cü və 36.3-cü maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.6. həmin Məcəllənin 9.2-ci, 11.2-ci, 20.2.6-cı, 20.7-ci, 23.8-ci maddələrində, 27.15-ci maddəsinin ikinci cümləsində, 29.4-cü və 68.5-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.7. həmin Məcəllənin 9.1.1-ci, 10.1.1.3-cü, 10.1.2.10-cu, 10.1.3.2-ci və 10.1.4.2-ci maddələrində nəzərdə tutulmuş Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti həyata keçirirlər;
1.8. həmin Məcəllənin 9.1.2-ci, 9.1.3-cü (ikinci halda), 10.1.3.12-ci, 10.1.4.12-ci, 10.1.4.15-ci, 10.1.4.17-ci (birinci halda), 10.1.5.5-ci (birinci halda), 10.1.5.13-cü və 10.1.6.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının nazirlikləri həyata keçirirlər;
1.9. həmin Məcəllənin 9.1.3-cü (birinci halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının, 10.1.5.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini, Azərbaycan Respublikasının nazirlikləri istisna olmaqla, Azərbaycan Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanları və Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirirlər;
1.10. həmin Məcəllənin 9.1.3-cü, 10.1.3.11-ci, 10.1.5.7-ci və 10.1.5.10-cu maddələrində “bərabər tutulan orqanlar” dedikdə, Azərbaycan Respublikasının nazirlikləri istisna olmaqla, Azərbaycan Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi nəzərdə tutulur;
1.11. həmin Məcəllənin 9.1.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.12. həmin Məcəllənin 9.1.4-cü, 9.1.5-ci (ikinci halda), 10.1.6.5-ci (ikinci halda), 10.1.7.3-cü (ikinci halda), 10.1.8.1-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının, 10.1.6.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.13. həmin Məcəllənin 9.1.5-ci (birinci halda), 10.1.3.14-cü, 10.1.5.12-ci, 10.1.7.2-ci, 10.1.8.1-ci (birinci halda) və 21.4-cü (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir;
1.14. həmin Məcəllənin 9.1.5-ci (birinci halda), 9.1.6-cı, 10.1.6.5-ci (birinci halda), 10.1.7.3-cü (birinci halda), 10.1.7.4-cü və 10.1.8.1-ci (birinci və üçüncü hallarda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.15. həmin Məcəllənin 9.1.5-ci, 10.1.6.5-ci, 10.1.7.3-cü və 10.1.8.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının yanında olan orqanların səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar həyata keçirirlər;
1.16. həmin Məcəllənin 10.1.1.2-ci və 10.1.2.7-ci maddələrində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur qurumun səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölməsi ‒ Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyi həyata keçirir;
1.17. həmin Məcəllənin 10.1.3.11-ci, 10.1.4.13-cü, 10.1.5.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının, 10.1.5.10-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini, Azərbaycan Respublikasının nazirlikləri istisna olmaqla, Azərbaycan Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.18. həmin Məcəllənin 11.10-cu maddəsinin ikinci cümləsində, 11.12-ci maddəsində, 20.3-cü maddəsinin birinci abzasında, 21.5-ci, 21.7-ci maddələrində, 22.2-ci və 22.3-cü maddələrinin birinci cümlələrində, 22.5-ci maddəsində, 23.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 23.3-cü maddəsində, 23.5-ci maddəsinin ikinci cümləsində, 23.6-cı maddəsində, 23.7-ci maddəsinin birinci cümləsində (hər iki halda), 25.2-ci maddəsində, 26.1-ci maddəsinin birinci cümləsində, 26.3-cü maddəsinin birinci abzasında, 26.5-ci maddəsində, 26.6-cı maddəsinin ikinci cümləsində, 27.3-cü, 27.6-cı, 27.7-ci, 27.10-cu maddələrində, 27.11-ci maddəsinin birinci cümləsində (hər iki halda), 27.15-ci maddəsinin birinci cümləsində, 27.19-cu, 27.22-ci maddələrində, 27.23-cü maddəsinin birinci və ikinci cümlələrində, 28.1-ci maddəsinin birinci cümləsində (hər iki halda), 28.2-ci (birinci halda), 28.3-cü (ikinci halda) maddələrində, 29.2-ci maddəsinin ikinci cümləsində, 29.3-cü, 43.1-ci, 52.3-cü maddələrində, 53.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 53.2-ci maddəsinin ikinci – dördüncü cümlələrində, 54.1 – 54.3-cü maddələrinin üçüncü cümlələrində, 54.4-cü maddəsinin birinci – üçüncü cümlələrində, 54.5-ci maddəsinin ikinci cümləsində, 54.6 – 54.8-ci maddələrinin üçüncü cümlələrində, 54.11-ci, 55.2-ci, 55.4-cü maddələrində, 55.5-ci maddəsinin birinci – üçüncü cümlələrində, 68.2-ci, 68.3-cü, 69.2-ci, 87.1.7-ci, 87.1.12-ci, 89.1-ci, 89.4-cü, 90.1-ci, 90.2-ci maddələrində, 90.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 92.1-ci (birinci halda) və 92.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur;
1.19. həmin Məcəllənin 20.3.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur;
1.20. həmin Məcəllənin 20.3.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;
1.21. həmin Məcəllənin 20.3.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;
1.22. həmin Məcəllənin 20.3.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi nəzərdə tutulur;
1.23. həmin Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.24. həmin Məcəllənin 21.4-cü maddəsində ikinci halda “orqan (qurum)” dedikdə yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçılarının müavinlərinə münasibətdə müvafiq yerli icra hakimiyyətlərinin başçıları, Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.25. həmin Məcəllənin 22.2-ci və 22.4-cü maddələrinin ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;
1.26. həmin Məcəllənin 28.2-ci (ikinci halda) və 28.3-cü (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə:
1.26.1. mərkəzi icra hakimiyyəti orqanlarında, onların yanında yaradılan dövlət agentliklərində və dövlət xidmətlərində keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə həmin mərkəzi icra hakimiyyəti orqanlarında yaradılmış apellyasiya şuraları;
1.26.2. yerli icra hakimiyyəti orqanlarında, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlarda keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə həmin yerli icra hakimiyyəti orqanlarında yaradılmış apellyasiya şuraları nəzərdə tutulur;
1.27. həmin Məcəllənin 41.4-cü, 47.1-ci, 47.3-cü və 47.5-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
1.28. həmin Məcəllənin 45-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur;
1.29. həmin Məcəllənin 68.4-cü maddəsində birinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının nazirlikləri nəzərdə tutulur;
1.30. həmin Məcəllənin 86.2-ci maddəsində “orqan (qurum)” dedikdə tabeliyində olan “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarına münasibətdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, digər hallarda Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur;
1.31. həmin Məcəllənin 68.4-cü maddəsində “orqanın (qurumun) tədris-elm müəssisəsi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası nəzərdə tutulur;
1.32. həmin Məcəllənin 16.2-ci, 26.3.2-ci, 42.1-ci və 42.5-ci maddələrində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
2.1.1. altı ay müddətində Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununa uyğunlaşdırılması;
2.1.2. beş ay müddətində:
2.1.2.1. Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin 10.3-cü maddəsinin üçüncü cümləsinə uyğun olaraq, inzibati və yardımçı vəzifələrin təsnifat toplusu;
2.1.2.2. həmin Məcəllənin 18.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri almış dövlət qulluqçusuna verilən vəsiqənin nümunəsi;
2.1.2.3. həmin Məcəllənin 27.24-cü maddəsinə uyğun olaraq, dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə müsabiqənin müsahibə mərhələsinin və ya daxili müsahibənin keçirilməsi qaydası;
2.1.2.4. həmin Məcəllənin 39.5-ci maddəsinə uyğun olaraq, dövlət qulluqçusu barəsində xidməti yoxlamanın aparılması qaydası;
2.1.3. dörd ay müddətində həmin Məcəllənin 11.12-ci və 52.3-cü maddələrində nəzərdə tutulan müvafiq informasiya sistemləri;
2.2. aşağıdakı normativ hüquqi aktları beş ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
2.2.1. həmin Məcəllənin 20.7-ci maddəsinə uyğun olaraq, dövlət orqanlarında qulluq keçməyə imkan verməyən xəstəliklərin siyahısı və dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin tibbi müayinədən keçirilməsi qaydası;
2.2.2. həmin Məcəllənin 23.8-ci maddəsinə uyğun olaraq, dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması və “Dövlət qulluğu sertifikatı”nın verilməsi qaydası;
2.2.3. həmin Məcəllənin 27.15-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə yaradılan müsahibə komissiyasına cəlb edilən müstəqil ekspertlərin əməyinin ödənilməsi qaydası və ödənişin məbləğləri;
2.2.4. həmin Məcəllənin 29.4-cü maddəsinə uyğun olaraq, stajorluq dövründə dövlət qulluğu ilə bağlı təlimlərin təşkili, keçirilməsi və təlimin nəticələrinin qiymətləndirilməsi qaydası;
2.2.5. həmin Məcəllənin 68.5-ci maddəsinə uyğun olaraq, dövlət qulluqçularının əlavə təhsilinin təşkili, həyata keçirilməsi və nəticələrinin təsdiq edilməsi qaydası;
2.3. “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin 22.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə test imtahanında iştirak etmək üçün ödənişin və 22.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişin məbləğlərini üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etsinlər.
5. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
6. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28 (Cild I); 2024, № 5 (I kitab), maddə 526, № 7, maddə 805; 2025, № 2, maddə 124, № 7, maddə 632, № 9, maddə 817, № 12 (I kitab), maddə 1147; 2026, № 3, maddə 228, № 7 (I kitab), maddə 666) ləğv edilsin.
7. “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 iyul tarixli 729 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 7, maddə 397 (Cild I) ləğv edilsin.
8. “Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 28 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 66 (Cild I) ləğv edilsin.
9. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 614 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 762 (Cild I) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 noyabr 2026-cı il