İlham Əliyev Bakıya gətirilmiş yeni avtomobillərə baxış keçirmişdir

06 iyun 2011, 20:30
İlham Əliyev Bakıya gətirilmiş yeni avtomobillərə baxış keçirmişdir

Bakı şəhərində taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Avropa standartlarına cavab verən müasir avtomobillərin növbəti hissəsi paytaxta gətirilib.

Prezident İlham Əliyev yeni avtomobillərə baxış keçirmişdir.

Dövlət başçısının Bakı şəhərinin və respublikamızın ayrı-ayrı bölgələrinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı göstərişlərinə uyğun olaraq paytaxtda yolların beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması, yeni körpülərin və yol ötürücülərinin tikilib istifadəyə verilməsi müasir ictimai nəqliyyat növlərinə ehtiyacı daha da artırmışdır.

Avtomobil nəqliyyatı kompleksində aparılan işlər əhalinin nəqliyyat xidmətlərindən yüksək səviyyədə istifadə etməsi üçün şəraitin yaradılmasına yönəldilib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən Bakı şəhərinin və bölgələrin taksi parkının müasirləşdirilməsi istiqamətində böyük işlər görülür. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarında qanunvericiliyin tələblərinə ciddi riayət olunması, bu sahədə pərakəndəliyin aradan qaldırılması və ümumilikdə, taksi xidmətinin müasir standartlar səviyyəsində təşkilinin təmin olunması zərurəti yarandığı üçün şəhərin taksi parkının yeniləşdirilməsinə başlanılmışdır.

Nəqliyyat naziri Ziya Məmmədov avtomobillər barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd olundu ki, paytaxt əhalisinə və Bakının qonaqlarına yüksək səviyyədə taksi xidmətinin göstərilməsi məqsədi ilə “Bakı Taksi” MMC və London Taksi Şirkəti arasında nümayəndəlik müqaviləsi və 1000 ədəd TX4 markalı (London Taksi) taksi minik avtomobilinin alınmasına dair kontrakt imzalanmışdır. Artıq Bakı şəhərinə 100 ədəd taksi gətirilmişdir. İlin sonunadək daha 900 ədəd taksinin paytaxta gətirilməsi gözlənilir.

Bu modellər yalnız taksi məqsədləri üçün istehsal edilmiş avtomobildir. TX4 Avro 4 standartlarına cavab verir, 2500 kubsantimetr həcmində dizel mühərriki ilə, 5 pilləli mexaniki sürət qutusu və hidravlik sükanla təchiz olunmuşdur. Bu avtomobillərin manevr imkanları yüksəkdir. Avtomobilin sürücü hissəsinin sərnişin hissəsindən şəffaf şüşə ilə ayrılması sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edir. Arxa hissədə nəzərdə tutulmuş üzbəüz 5 oturacaq sərnişinlərə gediş zamanı rahat söhbət etməyə şərait yaradır. Avtomobil sərnişinlərə onlara aid olan hissədən avtomobildə quraşdırılmış hər iki kondisionerlərdən birini idarə etməyə, sürücü ilə danışığı asanlaşdıran sistemdən istifadə etməyə və salonun işığını yandırıb-söndürməyə imkan verir. Buradan sərnişinlər avtomatik şüşə qaldırıcılardan da istifadə edə bilərlər. Bundan əlavə, avtomobil əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilmişdir. Həmin pandus əlil və uşaq arabasının salona rahat girməsi və oturacaqlardan birinin çölə çıxıb, əlil sərnişin əyləşdikdən sonra salonun içərisinə qayıtma imkanından istifadəsinə də imkan yaradır. Bir sözlə, bu avtomobil Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2010-cu il 6 dekabr tarixli əmri ilə təsdiq edilmiş “Sərnişin stansiya qurğuları və avtomobilləri” AZS 425-2010 dövlət standartının tələblərinə tam cavab verir.

Taksilərdə sayğac quraşdırılıb. Sərnişin sayğacın göstəricisinə görə sürücü ilə hesablaşacaq, bununla da sərnişinlə sürücü arasında narazılıqlar aradan qalxacaqdır. Qeyd edilmişdir ki, Bakı şəhərində istismar olunacaq taksilərin sürücüləri tibbi müayinədən və xüsusi psixoloji testlərdən keçmişlər. Onlarla xüsusi proqram üzrə təlim keçirilmişdir. Etik qayda və normalar, şəhər küçələrinin tanınması, yol hərəkəti qaydaları, avtomobilə dair texniki və digər zəruri bilgilər sürücülərə tədris olunmuşdur. Taksi sürücüləri üçün, həmçinin vahid geyim forması müəyyən edilmişdir. Hazırda Bakı şəhərində 816 avtomobil tutumu olan 61 taksi dayanacağı pasportlaşdırılmış və dayanacaqların xəritəsi tərtib edilmişdir. Gələcəkdə dayanacaqların sayının tələbata uyğun olaraq artırılması nəzərdə tutulur. Gətirilmiş 100 taksi şəhərin 11 dayanacağı üzrə bölüşdürüləcəkdir. Qeyd edək ki, hər bir taksi dayanacağının yaradılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanuna müvafiq olaraq hər bir taksi dayanacağı Nəqliyyat Nazirliyi ilə yerli şəhər və rayon icra hakimiyyəti orqanları və Bakı Şəhər Yol Polisi İdarəsinin müvafiq şöbələrinin birgə razılığı əsasında yaradılır.

Prezident İlham Əliyev yeni gətirilmiş avtomobillərin salonlarının rahatlığı ilə də tanış oldu. Dövlətimizin başçısı avtomobillərdən birinin sükanı arxasında əyləşib avtomobili idarə etdi.

Paytaxta gətirilmiş yeni avtomobillərlə yaxından tanış olan Prezident İlham Əliyev Bakı şəhərinin və bölgələrin taksi parkının müasirləşdirilməsi istiqamətində işlərin daha da sürətlə aparılması ilə bağlı müvafiq tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 30 aprel 2026
16:38
Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi QAYDALARI

Azərbaycan Respublikası Prezidentinin

2026-cı il 30 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin)...

30 aprel 2026, 16:38
SƏNƏDLƏR Fərmanlar 30 aprel 2026
16:37
“Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 yanvar...

30 aprel 2026, 16:37
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2026
16:51
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında BTİ Regional Akselerasiya Mərkəzinin yaradılması ilə bağlı Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il oktyabrın 30-da Cenevrə şəhərində və noyabrın 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rəqəmsal...

29 aprel 2026, 16:51
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2026
16:50
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 yanvar tarixli 2007 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə...

29 aprel 2026, 16:50
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2026
16:49
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 383-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi...

29 aprel 2026, 16:49