İlham Əliyev Qananın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

27 oktyabr 2016, 10:10
İlham Əliyev Qananın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Qana Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kodzo Kpoku Alabonun etimadnaməsini qəbul edib.

Səfir Kodzo Kpoku Alabo fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Kodzo Kpoku Alabo etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Kodzo Kpoku Alabo Qana Respublikasının Prezidenti Con Dramani Mahamanın salamlarını Prezident İlham Əliyevə çatdırdı və bildirdi ki, Qana Prezidenti səfirə Azərbaycan Respublikası ilə Qana Respublikası arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib. Kodzo Kpoku Alabo ilk olaraq Azərbaycan ilə Qana arasında siyasi məsləhətləşmələr haqqında Sazişin imzalanması, diplomatik və xidməti pasport sahiblərinin viza rejimindən azad olunması üzərində iş aparılmasının vacibliyini qeyd etdi.

Kodzo Kpoku Alabo Azərbaycandakı diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji və idman sahələrində inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

Dövlət başçısı Qana Prezidenti Con Dramani Mahamanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qana Prezidentinə çatdırmağı xahiş etdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Müraciətlər 05 noyabr 2024
10:12
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına

Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın...

05 noyabr 2024, 10:12
SƏNƏDLƏR Sərəncamlar 04 noyabr 2024
13:00
C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                        

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...

04 noyabr 2024, 13:00