İlham Əliyev Qarayevkənd-Sımadakənd avtomobil yolunun açılışında iştirak etmişdir

29 avqust 2013, 20:00
İlham Əliyev Qarayevkənd-Sımadakənd avtomobil yolunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Saatlı rayonuna səfəri çərçivəsində Qarayevkənd-Sımadakənd avtomobil yolunun açılışında iştirak etmişdir.

Son illər ölkəmizin yol-nəqliyyat strukturunda əsaslı dəyişikliklər baş vermişdir. Paytaxtın və rayon mərkəzlərinin küçə və yolları başdan-başa abadlaşdırılır. Bu proses Saatlı rayonunda da geniş vüsət almışdır. Rayonun Qarayevkənd-Sımadakənd yerli əhəmiyyətli avtomobil yolu müasir tələblər səviyyəsində tamamilə yenidən qurulmuşdur.

Dövlət başçısı avtomobil yolunun texniki göstəricilərini əks etdirən stendlərə baxdı.

Bildirildi ki, uzun müddət təmir işləri aparılmadığından yol istismara yararsız vəziyyətə düşmüşdü. Azərbaycan Prezidentinin “Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 16 iyul tarixli Sərəncamına əsasən 44 min nəfərin yaşadığı 17 məntəqəni birləşdirən Qarayevkənd-Sımadakənd avtomobil yolunun tikintisi məqsədilə ilkin olaraq 3,5 milyon manat vəsait ayrılmışdı. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdırmışdır. Yenidən qurulan bu yol regionlara olan diqqəti nümayiş etdirir və ölkədə həyata keçirilən sosial siyasətin bütün bölgələri əhatə etdiyini göstərir.

Qeyd edildi ki, yolun layihə-smeta sənədləri “Azərnəqliyyatyoltikinti” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmışdır.

Avtomobil yolunun ümumi uzunluğu 21 kilometrdir. Hazırda yolun 11 kilometrlik hissəsi istifadəyə verilir. Müasir standartlar səviyyəsində qurulan avtomobil yolunda 22 su keçidi tikilmiş, 66 min kvadratmetr asfalt-beton örtüyü vurulmuşdur. Yolun kənarında 250-yə yaxın siqnal dirəkləri basdırılmışdır.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2026
12:08
“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10...

24 aprel 2026, 12:08
SƏNƏDLƏR Sərəncamlar 24 aprel 2026
12:07
“Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 mart tarixli 2070 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın...

24 aprel 2026, 12:07
SƏNƏDLƏR Sərəncamlar 24 aprel 2026
12:05
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 81-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...

24 aprel 2026, 12:05