A.A.Qasımovun Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

11 iyul 2020, 14:50

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2020-ci il.