“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

29 iyun 2020, 14:25

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 12-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 597) 39-cu maddəsində “2020-ci il iyulun 1-dən” sözləri “2021-ci il yanvarın 1-dən” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2020-ci il

SƏNƏDLƏR Məktublar 06 noyabr 2026
13:05
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar bayramlar münasibətilə "ACWA" şirkəti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi ...

06 noyabr 2026, 13:05