İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib

21 oktyabr 2018, 15:55
İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqı qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq səviyyəsindən çox məmnun olduğunu qeyd edərək bankın Azərbaycanın iqtisadi layihələrinə göstərdiyi dəstəyin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev bu layihələr sırasında böyük önəm daşıyan Cənub Qaz Dəhlizinə Asiya İnkişaf Bankı tərəfindən 1 milyard dollardan çox kredit ayrıldığını qeyd etdi və bankın bu layihəyə maliyyə dəstəyi göstərən ilk beynəlxalq bank olduğunu xüsusi vurğuladı. Dövlətimizin başçısı bununla yanaşı, bank tərəfindən bir sıra digər infrastruktur layihələrinə, o cümlədən elektrik enerjisi layihələrinə təqribən 250 milyon dollar, dəmir yolu layihələrinə 400 milyon dollar həcmində kreditlərin ayrılmasını yüksək qiymətləndirdi.

2016-cı ildə makroiqtisadi sabitliyin dəstəklənməsi məqsədilə bankın qısa müddətdə ayırdığı 500 milyon dollar məbləğində kontrsiklik krediti ölkəmizin artıq bu il vaxtından xeyli əvvəl qaytardığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Asiya İnkişaf Bankının etibarlı tərəfdaşı olduğunu nümayiş etdirdiyini dedi. Dövlətimizin başçısı Azərbaycanın Asiya İnkişaf Bankı ilə 2019-2023-cü illər üçün əməkdaşlıq strategiyasının hazırlanmasının əhəmiyyətini qeyd edərək bankın özəl sektora dəstək verilməsi istiqamətində fəaliyyətinin önəmini vurğuladı. Prezident İlham Əliyev Asiya İnkişaf Bankının istiqrazlarının Azərbaycanda manatla buraxılması təşəbbüsünü müsbət qiymətləndirərək həmin vəsait hesabına Azərbaycanda özəl sektor layihələrinin həyata keçirilməsi üçün kreditlər veriləcəyini dedi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan irriqasiya sistemlərinin qurulmasında yeni, müasir texnologiyaların tətbiqi məsələləri ilə bağlı Asiya İnkişaf Bankının dəstəyində maraqlıdır.

Dövlətimizin başçısı Asiya İnkişaf Bankının regional əməkdaşlıqda rolunu qeyd edərək bu qurumun gələcəkdə ölkələr arasında nəqliyyat və logistika sahələrində əlaqələrin qurulması işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Əməkdaşlığımızın uğurlu inkişafına toxunan Prezident İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 2015-ci ildə Azərbaycanda keçirilən 48-ci illik toplantısının əlaqələrimizin genişlənməsində mühüm hadisə olduğunu bildirdi və Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın səfərinin görülən işlərin və gələcək layihələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Vençay Janq Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun salamlarını dövlətimizin başçısına çatdırdı.

Asiya İnkişaf Bankının vitse-prezidenti bildirdi ki, Azərbaycan 1999-cu ildən bu banka qoşulduğu vaxtdan keçən dövr ərzində əməkdaşlığımız uğurla inkişaf edir və o, bu əməkdaşlığı böyük tərəfdaşlıq əlaqələri kimi dəyərləndirdi. Vençay Janq bu dövrdə Asiya İnkişaf Bankı tərəfindən Azərbaycana 4 milyard dollardan yuxarı kreditlər və maliyyə zəmanətləri verildiyini və bundan başqa, texniki dəstəyin göstərildiyini qeyd edərək əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğuladı. O, bu baxımdan bankın 2019-2023-cü illər üçün əməkdaşlıq strategiyasının işlənib hazırlanmasının önəmini vurğuladı.

Azərbaycanın son illərdə makroiqtisadi sabitliyin gücləndirilməsi istiqamətində əldə etdiyi nailiyyətləri vurğulayan Vençay Janq dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə yönəlmiş Strateji Yol Xəritəsinin həyata keçirilməsinə Asiya İnkişaf Bankı tərəfindən hərtərəfli dəstək verilməsinə hazır olduqlarını bildirdi.

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını bankın prezidentinə çatdırmağı xahiş etdi.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10