H.A.Abbasovun Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

21 aprel 2011, 19:05

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Heydər Almas oğlu Abbasov Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 aprel 2011-ci il.