16:45

Prezident İlham Əliyev və “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Heydər Əliyev adına İdman-Konsert Kompleksində aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olublar.
Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə burada görülən işlər barədə məlumat verdi.
Qeyd edək ki, 1977-ci ildə inşasına başlanılan və 1990-cı ildə istifadəyə verilən İdman-Konsert Kompleksinin binasında indiyədək əsaslı təmir işləri aparılmamışdı. Kompleks əsas korpusdan və idmanın müxtəlif növləri üzrə məşqlər üçün ayrı-ayrı korpuslardan ibarətdir. Kompleksdə əsaslı təmir işlərinin layihəsinin hazırlanmasına və icrasına xarici şirkətlərlə yanaşı, yerli şirkətlər və mütəxəssislər də cəlb olunub. Layihəyə əsasən binanın daxili kommunikasiya sistemlərinin yenidən qurulması, havalandırma sisteminin təmiri, yumşaq dam örtüyünün izolyasiyasının, həmçinin yer döşəməsinin daha keyfiyyətli örtüklərlə əvəzlənməsi, qapı, pəncərə və vitrajların yenilənməsi, zalların döşəmələrinə idman təyinatlı xüsusi örtüklərin dəyişdirilməsinə başlanılıb. Kompleksdə müasir yarış zalları, suvenir satışı mağazası, mətbuat işçiləri üçün xüsusi sahələr, VİP otaqlar, teleyayım mərkəzi, kafe-barlar və digər lazımi otaqlar yaradılacaq.
Məşq zalı ən müasir səviyyədə qurulur. Burada saunalar, masaj, püşkatma, dopinq-yoxlama, tibb, hakimlər üçün istirahət, beynəlxalq federasiyaların işçi otaqları, yarış mərkəzi, 40 nəfərlik iclas zalı, 250 yerlik yeməkxana, mətbəx və digər köməkçi otaqlar olacaq.
Ümumi sahəsi 55 min kvadratmetrə yaxın olan binada tamaşaçı yeri təmirdən əvvəl 7587 idisə, təmirdən sonra bu rəqəm 7682 olub. Burada, eyni zamanda, 142 VİP oturacaq quraşdırılacaq.
Əsaslı təmir işləri zamanı kompleksin beynəlxalq səviyyəli yarışların təşkilinə, o cümlədən birinci Avropa Oyunları zamanı tələblərə cavab verməsi və funksionallığının daha da artırılması üçün bir sıra tədbirlər görülüb. Heydər Əliyev adına İdman-Konsert Kompleksində əsaslı təmir işləri Avropa Olimpiya Komitəsi, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi və müvafiq beynəlxalq federasiyanın tələbləri nəzərə alınmaqla yüksək keyfiyyətlə aparılır. Kompleksdə 200 yerlik mətbuat mərkəzi, jurnalistlər üçün kafe, 40 nəfərlik konfrans otağı, 350 könüllü üçün zal və kafe də fəaliyyət göstərəcək.
Bunlarla yanaşı, kompleks təhlükəsizlik kameraları, 222 ən müasir projektor, genişzolaqlı internet, müasir akustika və səsgücləndirici sistemlər, avadanlığın davamlı işləməsini təmin edən transformator, UPS və generator ilə təchiz edilib. Beləliklə, burada yaradılan şərait bir daha təsdiqləyir ki, ilk Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanda hərtərəfli imkanlar var.
Əsaslı təmir işləri zamanı binanın fasadı da tamamilə yenilənir. Fasad tac şəklində olmaqla xüsusi örtüklə üzlənmiş konstruksiyadan ibarətdir. Fasadın işıqlandırılması üçün müxtəlif rəngdə xüsusi lampaların və projektorların quraşdırılması nəzərdə tutulur.
Prezident İlham Əliyev və birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ətrafda aparılan abadlıq-quruculuq işləri ilə də tanış oldular, tapşırıq və tövsiyələrini verdilər.












Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ədalət Nurulla oğlu Fərəcov 2-ci...
01 may 2026, 12:45Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının...
01 may 2026, 12:44Azərbaycan Respublikası Prezidentinin
2026-cı il 30 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin)...
30 aprel 2026, 16:38Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 yanvar...
30 aprel 2026, 16:372026-cı ilin noyabr ayında Azərbaycan təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun 120 illiyi tamam olur.
Dünya mədəni irs...
30 aprel 2026, 16:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə və vəzifə borcunu...
30 aprel 2026, 16:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il oktyabrın 30-da Cenevrə şəhərində və noyabrın 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rəqəmsal...
29 aprel 2026, 16:51Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə...
29 aprel 2026, 16:50Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi...
29 aprel 2026, 16:49Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan...
29 aprel 2026, 16:48