Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

29 aprel 2026, 16:48

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934; 2025, № 1, maddələr 1, 16, № 2, maddə 96, № 4 (I kitab), maddə 322, № 7, maddələr 606, 608; 2026, № 1, maddələr 8, 16; Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli və 27 fevral tarixli 367-VIIQD nömrəli qanunları) 67-2-ci maddəsinin adına, 1-ci hissəsinə və 70-ci maddəsinin “Qeyd” hissəsinin birinci cümləsinə “(ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)” sözlərindən sonra “, habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində” sözləri əlavə edilsin.

Maddə 2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684 (Cild I); 2024, № 4, maddə 362, № 5 (I kitab), maddə 500; 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 320, № 7, maddə 628; 2026, № 1, maddə 8; Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 350-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.0.6-cı və 1.0.6-1-ci maddələrə “(ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)” sözlərindən sonra “, habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində” sözləri əlavə edilsin;

2.2. 29-cu maddə üzrə:

2.2.1. 29.0.29-cu maddəyə “(ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)” sözlərindən sonra “, habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində” sözləri əlavə edilsin;

2.2.2. 29.0.43-cü maddəyə “(ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin)” sözlərindən sonra “, habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərinin və bu qəbildən olan digər dövlət təhsil müəssisələrinin” sözləri əlavə edilsin;

2.3. 33.3.9-cu maddəyə, 36-2-ci maddənin adına, 36-2.1-ci, 36-2.2-ci və 36-2.4-cü maddələrə “(ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)” sözlərindən sonra “, habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2026-cı il

SƏNƏDLƏR Sərəncamlar 28 noyabr 2026
12:30
Ə.A.Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                               

Azərbaycan Respublikasında təhsil sahəsində xidmətlərinə görə Əhməd Abdulkərim oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ord...

28 noyabr 2026, 12:30
SƏNƏDLƏR Sərəncamlar 28 noyabr 2026
12:00
Ə.H.Əsədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                                             

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xüsusi xidmətlərinə görə Əli Hidayət oğlu Əsədo...

28 noyabr 2026, 12:00
SƏNƏDLƏR Qanunlar 27 noyabr 2026
16:24
“Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

1. 2026-cı il sentyabrın 26-da Bakı şəhərində imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz ...

27 noyabr 2026, 16:24
SƏNƏDLƏR Fərmanlar 25 noyabr 2026
13:13
İxracda hesablaşmaların tənzimlənməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ixracda hesablaşmaların aparılma qaydalarının təkmilləşdirilməsi və hesablaşmalara nəzarət prosedurlarının optimallaşdırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikas...

25 noyabr 2026, 13:13
SƏNƏDLƏR Fərmanlar 25 noyabr 2026
13:12
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi”nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında meşə təsərrüfatının və tingçiliyin inkişaf etdirilməsi, meşə ehtiyatlarının dayanıqlı idarə olunması və meşəçilik sahəsində kadr potensialının güclənd...

25 noyabr 2026, 13:12