Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzedən

01 noyabr 2013, 12:15

Əziz İlham Heydər oğlu,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Sizin bu inamlı qələbəniz çox sınaqlardan keçərək bu həlledici gündə bir daha düzgün seçim etmiş Azərbaycan xalqının müdrikliyinə sübutdur.

Dəfələrlə qeyd etdiyim kimi, bizim hamımızın bəxtimiz gətirib ki, tarixin bu məsul dövründə Azərbaycanda hakimiyyət sükanının arxasında İlham Heydər oğlu Əliyev kimi istedadlı bir dövlət xadimi – zəmanəmizin görkəmli siyasi xadimi, mənim sədaqətli dostum və qardaşım Heydər Əlirza oğlu Əliyevin layiqli varisi dayanır. Sizin qeyri-adi qabiliyyətləriniz Prezident Heydər Əliyevin müdrik kursunu uğurla davam etdirməyinizə kömək etmişdir. Məhz Heydər Əliyevin sayəsində Gürcüstandan fərqli olaraq Azərbaycanda yeni sosial-iqtisadi sistemə keçidə nisbətən rəvan şəkildə, az itkilərlə nail olunmuşdur.

Minnətdarlıq hissi ilə qeyd etməliyəm ki, biz Gürcüstanda problemlərin həlli istiqamətində mübarizədə qardaş Azərbaycan xalqının dəstəyini daim hiss edirik.

Mənim təbriklərimə qızım Manana, oğlum Paata və onların ailələri də qoşulurlar, çünki Sizin qələbəniz bizim ümumi sevincimizdir. Sizə yeni uğurlar diləyirəm.

Ən xoş arzularla, Sizin

Eduard Şevardnadze
Gürcüstanın sabiq Prezidenti

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20
SƏNƏDLƏR Fərmanlar 22 may 2025
15:52
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli...

22 may 2025, 15:52
SƏNƏDLƏR Fərmanlar 22 may 2025
15:50
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 may 2025, 15:50
SƏNƏDLƏR Qanunlar 22 may 2025
15:48
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 15-ci və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar...

22 may 2025, 15:48
SƏNƏDLƏR Qanunlar 22 may 2025
15:46
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”...

22 may 2025, 15:46