Rusiya Jurnalistlər İttifaqının sədri Vsevolod Boqdanovdan

31 oktyabr 2013, 15:30

Möhtərəm İlham Heydər oğlu,

Sizin növbəti dəfə Azərbaycan Prezidenti seçilməyiniz haqda xəbər bizi çox məmnun etdi. Azərbaycan xalqının bu seçimi hərtərəfli ölçülüb-biçilmiş seçimdir. Sizin namizədliyinizin xeyrinə verilmiş səslərin faizi buna gözəl sübutdur. Şübhə yoxdur ki, Sizin yeni prezidentliyiniz müddətində Rusiya-Azərbaycan münasibətləri daha da dinamik və ardıcıl olacaq, rus və Azərbaycan xalqlarının çoxillik dostluğunun təməlinə çevriləcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizin üçün bu əlamətdar günlərdə atanız, Azərbaycanın ümummilli lideri, çoxillik dostluq telləri ilə bağlı olduğumuz Heydər Əliyevi böyük ehtiram hissi ilə xatırlayırıq. Heydər Əliyevin çox güclü yaddaşı vardı və həyatının mürəkkəb günlərində onunla yanaşı olmuş insanları xatırlayırdı.

Sizə və Azərbaycan xalqına səmimi qəlbdən firavanlıq, tərəqqi və uğurlar arzulayırıq.

Rusiya Jurnalistlər İttifaqı da öz növbəsində Sizinlə müzakirə etdiyimiz Azərbaycanla müştərək layihələri davam etdirməyə hazırdır. Bu, ilk növbədə “Xəzər: gələcək naminə tərəfdaşlıq” adlı genişmiqyaslı aksiyaya aiddir. Fikrimizcə, bu layihədə iştirakınız bir dövlət kimi Azərbaycanın və tanınmış siyasi xadim kimi Sizin şəxsi nüfuzunuzu daha da artıracaqdır.

Ən xoş arzularla,

Vsevolod Boqdanov
Rusiya Jurnalistlər İttifaqının sədri,

Rafael Hüseynov
Rusiya Jurnalistlər İttifaqının katibi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55