İlham Əliyev Fransa parlamentinin deputatları və senatorlarından ibarət nümayəndə heyəti ilə görüşmüşdür

31 oktyabr 2013, 16:25
İlham Əliyev Fransa parlamentinin deputatları və senatorlarından ibarət nümayəndə heyəti ilə görüşmüşdür

Prezident İlham Əliyev və xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva oktyabrın 31-də Fransa parlamentinin deputatları və senatorlarından ibarət nümayəndə heyəti ilə görüşmüşlər.

Fransa parlamentinin deputatları və senatorları Prezident İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik etdilər.

Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumun dünya ölkələri arasında müxtəlif sahələrdə əlaqələrin genişlənməsinə yeni töhfələr verəcəyi qeyd edildi. Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirildi. Parlamentlərarası dostluq qruplarının əməkdaşlığının iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsindəki rolu vurğulandı.

Görüşdə Azərbaycan ilə Fransa arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55