Dağıstan Xalq Məclisinin deputatı, “Rosselxozbank” ASC-nin Dağıstan filialının direktoru Qitinoməhəmməd Hacıməhəmmədovdan

31 oktyabr 2013, 17:05

Hörmətli İlham Heydər oğlu,

Ali dövləti vəzifədə fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Dağıstanın Baş nazirinin birinci müavini vəzifəsində çalışdığım uzun illər boyu qardaş Azərbaycan ilə əməkdaşlıq məsələlərinə rəhbərlik edərkən mənə dahi atanız Heydər Əliyev ilə və Sizinlə görüşmək, xalqlarımız arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsi naminə birgə çalışmaq xoşbəxtliyi nəsib olmuşdur.

Azərbaycanın iqtisadi inkişaf sahəsində qazandığı uğurlar, onun beynəlxalq nüfuzunun möhkəmlənməsi, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafı bizi ürəkdən sevindirir.

Azərbaycan xalqı bir daha sübut etdi ki, dahi Heydər Əliyevin başladığı və Sizin ləyaqətlə davam etdirdiyiniz inkişaf xəttini bütünlüklə dəstəkləyir.

Sizi bir daha təbrik edirəm, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

Qitinoməhəmməd Hacıməhəmmədov

Dağıstan Xalq Məclisinin deputatı,
“Rosselxozbank” ASC-nin Dağıstan filialının direktoru

SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11