ABŞ-ın Arizona ştatı Nümayəndələr Palatasının sədri Endi Tobindən

30 oktyabr 2013, 15:05

Hörmətli cənab Prezident,

Xahiş edirəm, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul edin.

Sizin rəhbərliyiniz altında Azərbaycanın terrorizmə qarşı beynəlxalq mübarizəyə dəstək göstərməklə bu sahədə fəal rol oynadığının şəxsən şahidiyəm. Amerika qoşunları ilə çiyin-çiyinə mübarizə aparan hərbi qüvvələrinizin fəaliyyətini yüksək qiymətləndiririk. ABŞ-ın tərəfdaşı olaraq Azərbaycan Əfqanıstanda xidmət edən hərbi qüvvələrimiz üçün əhəmiyyətli marşrut yaratmışdır.

Əminəm ki, ölkənizə çiçəklənən iqtisadiyyat, güclü beynəlxalq nüfuz və əhəmiyyətli dövlət təşkilatları bəxş edən islahatlar davam edəcəkdir. Arizona ştatının rəhbəri kimi mən sənayenin inkişafında və yeni iş yerlərinin açılmasında güclü hakimiyyətin əhəmiyyətini anlayıram və bu sahədə Sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm.

Ölkənizin tarixini araşdırdıqdan sonra əsrlər boyu Azərbaycanda müşahidə edilən tolerantlıq və dözümlülük, həmçinin siyasi həyatda qadınların iştirakı, yüksək savadlılıq səviyyəsi və demokratiyaya meyil ənənəsi məndə dərin təəssürat yaratmışdır.

Bu xüsusiyyətlər Sizin prezidentlik dövrünüzdə daha da inkişaf etmişdir. Əminəm ki, Siz Azərbaycanın bundan sonra da Xəzər regionundakı digər ölkələr üçün model olmasını təmin edəcəksiniz.

Bir daha Sizi təbrik edirəm. Ümidvaram ki, ABŞ-a səfərə gəlsəniz Böyük Kanyon ştatına da baş çəkəcəksiniz.

Dərin ehtiramla,

Endi Tobin

ABŞ-ın Arizona ştatı Nümayəndələr
Palatasının sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55