ABŞ konqresmenləri, senatorları, ayrı-ayrı ştatların qubernatorları və yüksək vəzifəli şəxslərinin Prezident İlham Əliyevə təbrikləri

11 oktyabr 2013, 18:30

ABŞ konqresmenləri, senatorları, ayrı-ayrı ştatların qubernatorları, yüksək vəzifəli şəxsləri oktyabrın 9-da keçirilmiş prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevi inamlı qələbəsi münasibətilə təbrik ediblər.

Nümayəndələr Palatasının üzvü Ted POE Azərbaycan ilə ABŞ arasında güclü tərəfdaşlığın mövcud olduğunu vurğulayaraq yazır:

“Cənab Prezident, Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edirəm.

Mən Sizi və xalqınızı ABŞ-la birgə Əfqanıstan və İraqda həyata keçirilən sülhməramlı əməliyyatlar münasibətilə də təbrik etmək istəyirəm. Azərbaycan ilə ABŞ-ı bir çox sıx əlaqələr birləşdirir.

Azərbaycanın enerji ehtiyatlarının Avropaya və dünyaya çıxarılması mühüm addımdır. Ölkənizin enerji layihələrində oynadığı rol məni çox sevindirir. Siz Azərbaycanın enerji sənayesində dünyadakı mühüm rolunu günüdən-günə genişləndirirsiniz.

Mən Sizin Azərbaycan xalqının rifahı üçün etdiklərinizi yüksək qiymətləndirirəm. Azərbaycanda bu gün azadlıq hökm sürür.

Sizin prezidentliyinizin növbəti dövründə Azərbaycanın ABŞ-ın sadiq dostu olaraq qalacağına inanıram. Sizi bir daha təbrik edirəm!”

X X X

ABŞ-ın Texas Ştatından olan nümayəndələr palatasının üzvü Pete OlSO Azərbaycan Prezidenti İlham Əliyevə təbrikində yazır: “Seçkilər səs verənlərin azad seçimidir və demokratik prosesin mühüm hissəsini təşkil edir. Cənab Prezident, mən Sizi və Azərbaycan xalqını uğurlu qələbəniz münasibətilə təbrik edirəm. Azərbaycan ilə ABŞ arasında sıx tərəfdaşlıq mövcuddur. Bu əlaqələr qarşılıqlı maraqlara əsaslanır. Bizim xalqlarımız terrorizmə qarşı mübarizədə birgə çalışır. TAP boru kəməri kimi layihələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. ABŞ və Avropa İttifaqı Azərbaycanın enerji sahəsində qazandığı uğurları yüksək qiymətləndirir. Azərbaycandakı tolerantlıq milli azlıqlara hörmət və gender bərabərliyi demokratiyanın fundamental əsaslarını təşkil edir.

Cənab Prezident, Sizi və Azərbaycan xalqını uğurlu qələbəniz münasibətilə bir daha təbrik edirəm”.

X X X

Nyu-York Assambleyasının üzvü Aleks BRUKRESTLİY: “Mən Sizə ölkəm ABŞ ilə qurduğunuz etibarlı və möhtəşəm əməkdaşlığa görə dərin minnətdarlığımı bildirirəm. Sizin böyük ideyalarınız vardır. Biz “Eurovision-2012” mahnı müsabiqəsi keçiriləndə Azərbaycanda olduq. “Eurovision” müsabiqəsi ölkənizin inanılmaz uğuru idi.

Sizinlə Nyu-Yorkda görüşərkən söhbət etmək çox xoş oldu. Sizi və Azərbaycan xalqını seçkilərdəki yüksək uğurunuz münasibətilə təbrik edirəm. Sizə Azərbaycanı özünə ikinci vətən sayan və eləcə də Azərbaycanı görməsələr də onu ABŞ-ın dostu hesab edən bütün rusdilli amerikalılar adından təşəkkür edirəm. Bir daha Sizi növbəti uğurunuz münasibətilə təbrik edirəm”. 

SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:30
“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...

16 noyabr 2026, 13:30
SƏNƏDLƏR Sərəncamlar 16 noyabr 2026
13:28
2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə ...

16 noyabr 2026, 13:28
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:25
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində idarəetmə və n...

16 noyabr 2026, 13:25
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:21
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nömrəli Qanununun tətbiqi və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nöm...

16 noyabr 2026, 13:21
SƏNƏDLƏR Qanunlar 16 noyabr 2026
13:20
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Top...

16 noyabr 2026, 13:20
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
12:09
“Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı...

16 noyabr 2026, 12:09
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
12:06
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD n...

16 noyabr 2026, 12:06
SƏNƏDLƏR Qanunlar 16 noyabr 2026
12:05
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunv...

16 noyabr 2026, 12:05