Kiyevdə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur

28 oktyabr 2010, 12:58
Kiyevdə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur

Ukrayna Prezidenti Administrasiyasının binası qarşısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.

Azərbaycanın və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Hərbi orkestrin ifasında Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna əsgərlərini salamladı.

Ukraynanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Prezident Viktor Yanukoviçə təqdim olundu.

Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər. 

gallery-photogallery-photogallery-photogallery-photo
XƏBƏRLƏR Tədbirlər 19 may 2024
12:00
Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir

Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və...

19 may 2024, 12:00