20:15

Prezident İlham Əliyev Bakının Xətai rayonundakı 249 və 138 nömrəli orta məktəb binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq orta məktəb binalarının əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.
Prezident İlham Əliyev əvvəlcə 249 nömrəli orta məktəb binasının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış oldu.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, 1972-ci ildə inşa olunan məktəbin binası iki korpusdan ibarətdir. 1280 şagird yerlik məktəbdə 1400 şagird təhsil alır. Məktəbdə Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərir. Məktəb binasının sahəsi 2252 kvadratmetr, məktəbin ümumi ərazisi isə 19 min 272 kvadratmetrdir. Yeni dərs ili ərəfəsində məktəbin binası əsaslı şəkildə təmir edilmiş, sinif otaqları, fənn kabinetləri yenidən qurularaq müasir avadanlıqla təchiz olunmuşdur. Məktəbin ətraf ərazisində də abadlıq və quruculuq işləri həyata keçirilmişdir.
Sonra Prezident İlham Əliyev 138 nömrəli məktəbə gəldi. Bu məktəbdə görülən işlərlə bağlı da dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, iki korpusdan ibarət 138 nömrəli orta məktəbin binası 1977-ci ildə inşa olunmuşdur. 1176 şagird yerlik məktəbdə 1020 şagird təhsil alır. Bundan əlavə, binada Füzuli rayonunun 80 şagird yerlik 30 nömrəli məcburi köçkün məktəbi yerləşir. 5600 kvadratmetr ərazisi olan məktəbin ümumi sahəsi 17 min 800 kvadratmetrdir.
Məktəbin bütün sinif otaqlarında, fənn kabinetlərində təmir və yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilmişdir. Bu təhsil ocağının ərazisində abadlıq və quruculuq işləri aparılmış, yaşıllıqlar salınmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38Zati-həzrətləri.
Müqəddəs Taxt-Tacın başçısı, zəmanəmizin görkəmli din xadimi Roma Papası Zati-müqəddəsləri Fransisk Həzrətlərinin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq.
Roma Papası Fransiskin simasında beynəlxalq...
21 aprel 2025, 14:13Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan...
19 aprel 2025, 11:34PDF yükləyin
19 aprel 2025, 11:32Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...
19 aprel 2025, 11:30Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda...
19 aprel 2025, 11:28Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7...
19 aprel 2025, 11:26Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
19 aprel 2025, 11:24Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda...
19 aprel 2025, 11:22Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası...
19 aprel 2025, 11:20