13:32
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan...
13 iyun 2025, 13:32Prezident İlham Əliyev sentyabrın 6-da Bakının Nəsimi rayonundakı 19 və 240 nömrəli tam orta məktəblərinin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur
Paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işləri Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Təmir işləri ilə yanaşı, ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də həyata keçirilir. Yeni dərs ilinin başlanması ərəfəsində dövlətimizin başçısı əsaslı şəkildə yenidən qurulmuş məktəblərə gedir, yaradılan şəraitlə maraqlanır.
Əvvəlcə Prezident İlham Əliyev 19 nömrəli tam orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işləri ilə tanış oldu.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 1964-cü ildə istismara verilən məktəbin birinci korpusu üç, ikinci korpusu isə bir mərtəbədən ibarətdir. 2006-cı ildə şagird sıxlığını aradan qaldırmaq məqsədi ilə 400 yerlik əlavə sinif otaqlarından ibarət yeni korpus inşa olunmuşdur. 1600 şagird yerlik məktəbdə hazırda 1417 şagird təhsil alır. Məktəbdə bütün sinif otaqları, dörd informatika, kimya, fizika, biologiya kabinetləri, iclas zalı, açıq və örtülü idman meydançaları əsaslı şəkildə yenidən qurulmuşdur. Ən müasir avadanlıqla təchiz edilmiş məktəbin 8 hektar ərazisində də abadlıq və quruculuq işləri həyata keçirilmişdir.
Sonra Prezident İlham Əliyev 240 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış oldu. Burada dövlətimizin başçısına görülən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı məlumat verildi. Bildirildi ki, məktəbin binası 1967-ci ildə istifadəyə verilmişdir. Məktəbdə şagird sıxlığını aradan qaldırmaq məqsədi ilə 2008-ci ildə əlavə sinif otaqları inşa edilmişdir. 1200 şagird yerlik məktəbdə dərslər birnövbəlidir. Dövlət Proqramına uyğun olaraq məktəbin bütün sinif otaqları, fənn kabinetləri, iclas və idman zalları əsaslı şəkildə yenidən qurulmuş və lazımi avadanlıqla təchiz edilmişdir. Ən müasir işıq və istilik sistemləri quraşdırılmış məktəbin iki hektarlıq ərazisində də abadlıq işləri həyata keçirilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan...
13 iyun 2025, 13:32Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu...
13 iyun 2025, 13:30Hörmətli Konqres iştirakçıları!
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin Bakı şəhərində öz işinə başlaması münasibətilə sizi ürəkdən salamlayır, sağlamlığın qorunmasına yönəlmiş nəcib...
13 iyun 2025, 10:35Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına Syerra-Leone Respublikasının Hökuməti və...
12 iyun 2025, 18:11Hörmətli cənab Baş nazir,
Hindistanın Əhmədabad şəhəri yaxınlığında “Air India” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşları da daxil olmaqla, çoxsaylı insan tələfatı...
12 iyun 2025, 17:49Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23...
12 iyun 2025, 16:572023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il...
12 iyun 2025, 16:55Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli canab Prezident.
İcazə verin, Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və həmvətənlərinizə səmimi təbriklərimi...
12 iyun 2025, 16:01Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahin...
12 iyun 2025, 13:20Hörmətli cənab Prezident,
Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə...
12 iyun 2025, 11:02Hörmətli Vladimir Vladimiroviç.
Dövlət bayramı- Rusiya Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Azərbaycan və Rusiya xalqlarını əsrlər boyu ənənəvi sıx dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək...
12 iyun 2025, 11:00