İlham Əliyev Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının on üçüncü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun açılışında iştirak etmişdir

25 iyul 2013, 18:15
İlham Əliyev Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının on üçüncü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının 13-cü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun açılışında iştirak etmişdir.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın davamı olan 2011-2013-cü illəri əhatə edən Dövlət Proqramı bir çox sahələrlə yanaşı, paytaxtda yol infrastrukturunun müasirləşdirilməsini də əhatə edir. İndi Bakı və ətraf qəsəbələrin yolları ən müasir səviyyədə yenidən qurulur, yeni yol qovşaqları inşa edilir. Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının 13-cü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun müasir tələblər səviyyəsində inşası bunu aydın nümayiş etdirir.

Nəqliyyat naziri Ziya Məmmədov yeni yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verdi.

Bu yol Prezident İlham Əliyevin Bakı şəhərinin nəqliyyat sisteminin inkişaf etdirilməsi və paytaxtın kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində inşa olunmuş və Bakıda həyata keçirilən yol-nəqliyyat layihələrinin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Ümumi uzunluğu 12,5 kilometr olan yol ən müasir səviyyədə inşa edilmişdir. Yol boyu geniş abadlıq işləri aparılmış, müasir yol nişanları qoyulmuşdur. Magistral yol boyu müasir işıqlandırma sistemi yaradılmış, yaşıllaşdırma işləri görülmüşdür. Yeni yol Bakı şəhərinin Türkan, Zirə, Gürgən, Pirallahı, Dübəndi, Qala, Şüvəlan və Mərdəkan qəsəbələrinin nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, şəhərin mərkəzinə gələn nəqliyyat vasitələrinin normal hərəkətinə şərait yaradacaqdır. Magistral boyu yol qovşaqları, avtomobil keçidi tikilmiş, suötürücü dəmir-beton borular quraşdırılmışdır.

Prezident İlham Əliyevə Babək prospekti ilə K.Əfkari küçəsinin və Neftçilər prospekti ilə S.Səfərov küçəsinin kəsişmələrində inşa edilən yeraltı piyada keçidləri barədə də məlumat verildi.

Bildirildi ki, Babək prospekti ilə K.Əfkari küçəsinin kəsişməsində yerləşən keçidin ümumi uzunluğu 80, eni isə 8 metrdir. Keçid ən müasir səviyyədə inşa edilmişdir. Hündürlüyü 3,2 metr olan keçidin iki çıxışı vardır. Neftçilər prospekti ilə S.Səfərov küçəsinin kəsişməsində inşa edilən yeraltı piyada keçidi də müasir səviyyədədir. Bu keçidin uzunluğu 89 metr, eni 8, hündürlüyü 3 metrdir. Burada 4 eskalator quraşdırılmışdır.

Sonra dövlətimizin başçısı Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomagistralının 13-cü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun rəmzi açılışını bildirən lenti kəsdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 12 may 2025
15:27
“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29...

12 may 2025, 15:27
SƏNƏDLƏR Fərmanlar 12 may 2025
15:25
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

12 may 2025, 15:25
SƏNƏDLƏR Qanunlar 12 may 2025
15:23
“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

12 may 2025, 15:23