İlham Əliyev Mavritaniyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

12 oktyabr 2010, 19:28
İlham Əliyev Mavritaniyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Mavritaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sidi Mohamed Ould Taleb Amarın etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.

Səfir Sidi Mohamed Ould Taleb Amar etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Səfir etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etməsindən və Mavritaniyanın Azərbaycanda ilk səfiri olmasından şərəf duyduğunu dedi. O, ölkəsinin beynəlxalq təşkilatlarda istənilən məsələ ilə bağlı Azərbaycanla eyni mövqe nümayiş etdirməsini məmnunluqla vurğuladı. Mavritaniya Prezidentinin dost Azərbaycana səfərinə toxunan diplomat bu səfərin və səfər çərçivəsində imzalanan sənədlərin ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına yeni bir təkan verdiyini bildirdi. Səfir Mavritaniyanın Azərbaycan ilə kənd təsərrüfatı sahəsində əlaqələri inkişaf etdirməyə maraqlı olduğunu dedi və artıq bu istiqamətdə müvafiq addımların atıldığını qeyd etdi. Sidi Mohamed Ould Taleb Amar ölkəsinin Azərbaycanın mövqeyini bütün məsələlərdə, xüsusilə Dağlıq Qarabağ probleminin beynəlxalq təşkilatlar çərçivəsində həlli məsələsində bundan sonra da dəstəkləyəcəyini bildirdi.

Dövlət başçısı Azərbaycan ilə Mavritaniya arasında ikitərəfli münasibətlərin sürətli inkişafından məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Mavritaniya Prezidentinin ölkəmizə səfərinin bu münasibətlərin inkişafında xüsusi rol oynadığını, səfərdən sonra müxtəlif səviyyələrdə artıq konkret addımların atıldığını dedi. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin Mavritaniya tərəfindən dəstəklənməsini yüksək qiymətləndirdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:08
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında...

11 fevral 2025, 16:08
SƏNƏDLƏR Sərəncamlar 11 fevral 2025
16:04
“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28...

11 fevral 2025, 16:04