İlham Əliyev Qazaxda Ədəbiyyat Muzeyinin açılışında iştirak etmişdir

05 iyul 2013, 22:00
İlham Əliyev Qazaxda Ədəbiyyat Muzeyinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Qazaxda Ədəbiyyat Muzeyinin açılışında iştirak etmişdir.

Dövlət başçısı əvvəlcə muzeyin yerləşdiyi Fəxri Qazaxlılar parkında yaradılmış şəraitlə tanış oldu.

Bildirildi ki, parkın yenidən qurulmasına bu ilin yanvarında başlanılmışdır. Üç hektar sahəni əhatə edən parkın ərazisində abadlıq-quruculuq işləri görülmüş, şəlalə, dörd fəvvarə yaradılmış, əyləncə qurğuları quraşdırılmışdır. Parkda Qazaxdan olan 12 milli qəhrəmanın və tanınmış yazıçının büstləri ucaldılmışdır.

Sonra Prezident İlham Əliyev Ədəbiyyat Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, Azərbaycanda muzey işinin yaxşılaşdırılması xüsusi diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı milli mədəni sərvətlərimizin qorunması, muzey fondlarında mühafizə olunan qiymətli eksponatlar və sənət yadigarlarının gələcək nəsillərə çatdırılmasında mühüm keyfiyyət dəyişikliyinə təkan vermişdir. Respublikamızda muzey şəbəkəsinin inkişafı və muzey işinin hərtərəfli yaxşılaşdırılmasına Heydər Əliyev Fondu da əvəzsiz töhfələr bəxş edir.

Qazax şəhərinin Heydər Əliyev prospektindəki muzeyin binası üçmərtəbəlidir. Birinci mərtəbədə 106 nəfərlik konfrans zalı, yeməkxana və xidməti otaqlar yerləşir. Binanın foyesində Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin şəkilləri asılmışdır. İkinci mərtəbə Yazıçılar muzeyi fəaliyyət göstərir. Üçüncü mərtəbədə inzibati otaqlar, kabinetlər və konfrans zalı vardır. Bu muzey Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 iyun tarixli Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılmış 5 milyon manat vəsait hesabına tikilmişdir.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 29 may 2025
17:17
Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanın çoxəsrlik və zəngin mədəniyyətinin nümayişində, milli-mənəvi irsinin və tarixi-mədəni ənənələrinin təbliğində kinematoqrafiya əsərləri və digər audiovizual əsərlər mühüm rol oynayır. Azərbaycan kinematoqrafiyasının...

29 may 2025, 17:17