Belarus Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Lukaşenkoya

02 iyul 2013, 18:30

Hörmətli Aleksandr Qriqoryeviç,

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin şəxsinizdə bütün Belarus xalqını milli bayram – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan və Belarusu tarixən yaranmış dostluq və əməkdaşlıq münasibətləri bağlayır. Sevindirici haldır ki, bu gün həmin münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. 
Əminəm ki, birgə səylərimiz bundan sonra da Azərbaycan-Belarus ikitərəfli əməkdaşlığının, bizim çoxplanlı qarşılıqlı fəaliyyətimizin genişlənməsinə yönələcəkdir. Şübhə etmirəm ki, yaxın vaxtlarda Sizinlə Bakıda görüşümüz buna kömək edəcəkdir.

Hörmətli Aleksandr Qriqoryeviç, bu əlamətdar gündə sizə möhkəm cansağlığı və uğurlar, dost Belarus xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 iyun 2013-cü il.