18:00

Prezident İlham Əliyev Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.
Dövlət başçısı Şirvan-Muğan qrup su kəmərinin texniki göstəricilərini və Şirvan şəhərinin su təchizatı sisteminin baş planını əks etdirən stendlərlə tanış oldu.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, Şirvan şəhərinə içməli su 1952-ci ildə tikilmiş sutəmizləyici qurğudan verilir. Bu sistemin istismar müddəti çoxdan başa çatmışdır. Şəhər əhalisinin bir hissəsi Kür çayının qismən təmizlənmiş suyu ilə günaşırı olmaqla 12 saatlıq rejimlə təchiz edilir. Mövcud sutəmizləyici qurğunun məhsuldarlığı yeni salınan yaşayış massivini su ilə təchiz etməyə imkan vermir. Artan tələbatı ödəmək üçün yeni mənbə kimi Şirvan-Muğan qrup kəməri seçilmişdir. Rəsmi statistikaya əsasən, hazırda Şirvan şəhərinin əhalisinin sayı 79 min nəfərdir və onların 50 faizə yaxını mərkəzləşdirilmiş içməli su şəbəkəsi ilə təmin olunmuşdur. Qalan əhali isə öz tələbatını fərdi qaydada ödəyir.
Şirvan şəhərinin mərkəzləşdirilmiş içməli su şəbəkəsinin uzunluğu 66, kanalizasiya şəbəkəsinin uzunluğu isə cəmi 22 kilometrdir. Şəhərdə çirkab sutəmizləyici qurğu yoxdur və tullantı suları təmizlənmədən Baş Şirvan kollektoruna axıdılır.
Dövlət başçısına yeni layihə barədə məlumat verildi.
Bildirildi ki, Şirvan-Muğan qrup su kəmərinin bir hissəsinin istismara verilməsi ilə Şirvan şəhərinin içməli sudan əziyyət çəkən Yeni Yaşayış Massivinin problemi həllini tapacaqdır. Yeni Yaşayış Massivini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün magistral kəmər çəkilmiş və daxili şəbəkənin qurulmasına başlanmışdır. Qısa müddətdə iki kilometrdən artıq magistral xəttin inşası, həmçinin 60 kilometr uzunluğunda şəbəkənin 35 kilometrlik hissəsinin tikintisi tamamlanmışdır. İşlərin ilkin nəticəsi olaraq artıq 15 mindən çox sakin Şirvan-Muğan qrup kəməri vasitəsilə 24 saat su ilə təchiz olunur. Daxili şəbəkənin qurulması başa çatdıqdan sonra bu layihədən faydalananların sayı 35 min nəfərə çatacaqdır. Layihəyə uyğun olaraq Yeni Yaşayış Massivində abonentlər əvvəlcədən ödənişli smart tipli sayğaclarla da təmin olunacaqlar.
Qeyd olundu ki, Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının ilkin layihəsi hazırdır.
Layihənin Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə uyğun olaraq reallaşdırılması nəzərdə tutulmuşdur. Oğuz-Qəbələ-Bakı kəməri ilə Abşeron yarımadasına saniyədə 5 kubmetr əlavə içməli suyun verilməsi, 2011-ci il sentyabrın 8-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan və məhsuldarlığı saniyədə 6 kubmetr təşkil edəcək Ceyranbatan Ultrasüzgəcli sutəmizləyici qurğunun istismara verilməsi ilə Abşeron yarımadasında kifayət qədər içməli su ehtiyatı yaranacaqdır. Bu isə Kür su kəmərləri sisteminin imkanlarından istifadə etməklə Kürətrafı şəhər və kəndlərin əhalisinin təmiz və keyfiyyətli su ilə təchiz olunmasına imkan verəcəkdir.
Prezident İlham Əliyevə tikintisi davam edən Şirvan-Muğan qrup su kəməri layihəsi çərçivəsində görülən işlər barədə də məlumat verildi.
Stendlərlə tanışlıqdan sonra dövlətimizin başçısı ötən il iyulun 16-da təməli qoyulan Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsini təmin edən qurğunu işə saldı.
Sonra Prezident İlham Əliyev kəmərin və şəhərin su şəbəkəsinin inşaatçıları ilə görüşdü, tapşırıq və tövsiyələrini verdi.
PDF yükləyin
12 mart 2025, 12:50Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973...
12 mart 2025, 12:49PDF yükləyin
12 mart 2025, 12:47Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara...
12 mart 2025, 12:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı...
11 mart 2025, 16:18Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21...
11 mart 2025, 16:16Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr...
11 mart 2025, 16:14Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 13-cü və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti...
11 mart 2025, 16:12