İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy ilə görüşmüşdür

21 iyun 2013, 14:48
İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy ilə görüşmüşdür

Brüsseldə Prezident İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun görüşü olmuşdur.

Prezident İlham Əliyev və prezident Herman Van Rompuy əvvəlcə rəsmi foto çəkdirdilər.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Prezident İlham Əliyevin bu səfərinin ikitərəfli əməkdaşlığın daha da inkişafına xidmət etdiyi vurğulandı.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regional təhlükəsizlik və sabitlik, enerji sahəsində əməkdaşlıq və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55