Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının IV qurultayının iştirakçılarına

18 iyun 2013, 17:20

Hörmətli qurultay iştirakçıları!

Sizi salamlayır və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının IV qurultayının işə başlaması münasibətilə ürəkdən təbrik edirəm.

1999-cu ildə yaradılmış, özündə minlərlə sahibkarları birləşdirən Konfederasiya son illərdə daha da inkişaf edərək, ölkənin ictimai həyatında öz layiqli yerini tutmuşdur.

Bu gün Azərbaycanda dövlət - sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplər müəyyənləşdirilmişdir. Ölkəmizdə ümumi daxili məhsulun həcmində özəl sektorun payı 83 faizə çatmışdır.

Sahibkarlığın dəstəklənməsi dövlətimizin sosial-iqtisadi inkişaf strategiyasının ən önəmli istiqamətlərindən biridir.

Zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində görülən ardıcıl işlər, özəl sektorun inkişafına dövlət qayğısı nəticəsində sahibkarların sayı sürətlə artır, ən müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr açılır, ölkə iqtisadiyyatına investisiya qoyuluşu genişlənir. Azərbaycanın iş adamları dünyanın bir çox ölkələrində qarşılıqlı fayda əsasında işgüzar əlaqələr quraraq uğurla fəaliyyət göstərirlər.

Hörmətli qurultay iştirakçıları!

Cəmiyyətin tərəqqisi qarşıya daim yeni vəzifələr qoyur. Müasir dövrün inkişaf meylləri sahibkarların məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir. Əminəm ki, qurultayın qərarları ölkənin sosial-iqtisadi inkişafına öz dəyərli töhfəsini verəcəkdir.

Sizi bir daha təbrik edir, işlərinizdə uğurlar arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyun 2013-cü il.

SƏNƏDLƏR Fərmanlar 09 may 2025
10:56
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 185-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...

09 may 2025, 10:56