İlham Əliyev Naxçıvan-Sədərək magistral yolunun açılışında iştirak etmişdir

05 oktyabr 2010, 14:30
İlham Əliyev Naxçıvan-Sədərək magistral yolunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev muxtar respublikada əsas strateji magistrallardan biri olan Naxçıvan-Sədərək yolunun açılışında iştirak etmişdir.

İnşaatçılar dövlət başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi.

Məlumat verildi ki, Azərbaycanı Türkiyə ilə birləşdirən yeganə quru yolu olan Naxçıvan-Sədərək magistralının tikintisinə 2008-ci ilin martında başlanmışdır. Dördzolaqlı yolun ümumi uzunluğu 82 kilometr, eni 23 metr, asfalt qatının eni 17,2 metrdir. Bir hissəsi dövlətimizin başçısının ötən il Naxçıvana səfəri çərçivəsində istifadəyə verilən şosenin kənarlarında xüsusi suötürücüləri və arxlar çəkilmiş, magistralın üzərində bir neçə yolötürücü tikilmişdir. Böyük İpək yolunun bir hissəsi sayılan bu magistral muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirir.

Prezident İlham ƏLİYEV rayon ictimaiyyətinin və inşaatçıların qarşısında çıxış edərək dedi:

- Yolun açılışı münasibətilə sizi təbrik edirəm. Biz yolun bir hissəsini keçən dəfə bərabər açdıq. Bu gün isə yolun ikinci mərhələsi açılır və Naxçıvandan Türkiyə ilə sərhədə qədər müasir, gözəl, keyfiyyətli yol salınıb. Keçən dəfə də biz bu yoldan istifadə edəndə gördük ki, keyfiyyət yüksəkdir. Bu dəfə də gələndə görürəm ki, çox yüksək keyfiyyətlə tikilib, geniş, rahat, hamar yoldur, dünya standartlarına cavab verir və demək olar ki, muxtar respublikanın bu hissəsində yerləşən bütün yaşayış məntəqələrini Naxçıvan şəhəri ilə birləşdirir.

Bilirsiniz ki, yol tikintisi inkişaf, insanların normal, rahat yaşaması üçün əsasdır. Harada ki, yol tikilir, orada inkişaf vardır. Harada ki, yol tikilir, müəssisələr yaradılır, orada canlanma gedir. Ona görə bu gün yol tikintisi Azərbaycanın bütün bölgələrində sürətlə gedir. O cümlədən Naxçıvanda da bu gözəl proseslər sürətlə gedir və həll olunur. Gələcəkdə başqa yolların tikintisi də nəzərdə tutulur və lazımi vəsait ayrılacaqdır. Artıq burada yerli şirkətlər vardır ki, bu cür yolları çox keyfiyyətlə tikə bilirlər. Bu o qədər də asan məsələ deyildir. Yol tikintisi çox böyük peşəkarlıq tələb edir. Keyfiyyətli yol böyük ustalıq və əlbəttə ki, nəzarət tələb edir. Ona görə mən çox şadam ki, biz Naxçıvanda artıq bu gözəl yolun tikintisinə nail olduq. Ümid edirəm ki, yaxın zamanlarda Naxçıvan şəhərini bütün rayonlarla birləşdirən yollar da bax bu səviyyədə olacaqdır və onların da tikintisi nəzərdə tutulur. Bir daha sizi ürəkdən təbrik edirəm.

Rayon ictimaiyyəti adından çıxış edən Vidadi SÜLEYMANOV dövlətimizin başçısının rəhbərliyi ilə muxtar respublikada bütün sahələrdə aparılan quruculuq işlərinin naxçıvanlıların ürəyincə olduğunu dedi.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və inşaatçılarla xatirə şəkli çəkdirdi.

Sonra dövlətimizin başçısı yeni yolda avtomobili idarə etdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 02 iyun 2025
15:49
“Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya...

02 iyun 2025, 15:49
SƏNƏDLƏR Fərmanlar 02 iyun 2025
15:47
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 179-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

02 iyun 2025, 15:47
SƏNƏDLƏR Qanunlar 02 iyun 2025
15:45
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda...

02 iyun 2025, 15:45