Gürcüstanın Prezidenti Zati-aliləri cənab Mixeil Saakaşviliyə

25 may 2013, 16:45

Hörmətli cənab Prezident,

Əziz dostum,

Gürcüstanın milli bayramı - Dövlət müstəqilliyinin bərpası günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstanı çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Bu gün bu münasibətlər dinamik və hərtərəfli inkişaf edərək yeni məzmun kəsb etmiş, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də regional və beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığımızı, xalqlarımızın rifahı, ölkələrimizin çiçəklənməsi, regionumuzda tərəqqi və sabitliyin bərqərar olması naminə birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Gürcüstan xalqına sülh və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 20 may 2013-cü il.

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20