İlham Əliyev Avropa Parlamentinin xarici əlaqələr komitəsi sədrini qəbul etmişdir

24 may 2013, 16:00
İlham Əliyev Avropa Parlamentinin xarici əlaqələr komitəsi sədrini qəbul etmişdir

Prezident İlham Əliyev Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Elmar Broku qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan ilə Avropa təsisatları arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və yaxşı nəticələr əldə olunduğunu vurğuladı. Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin gələcəkdə daha da genişləndirilməsi üçün imkanları müəyyənləşdirməyin önəmini qeyd etdi. Dövlətimizin başçısı Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Elmar Brokun ölkəmizə səfərinin Azərbaycan ilə Avropa təsisatları arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Elmar Brok təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi. Ölkəmiz ilə Avropa təsisatları arasında əlaqələrə toxunan Elmar Brok “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğuladı.

Görüşdə Azərbaycan ilə Avropa Parlamenti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11