İlham Əliyev Uruqvay Parlamenti Nümayəndələr Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

22 may 2013, 15:00
İlham Əliyev Uruqvay Parlamenti Nümayəndələr Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Uruqvay Parlamenti Nümayəndələr Palatasının sədri Herman Kardosonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan ilə Uruqvay arasında ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı əlaqələrimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə inkişafı üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev münasibətlərimizin genişləndirilməsində parlamentlərarası əlaqələrin rolunu qeyd etdi. Dövlətimizin başçısı Uruqvay Parlamenti Nümayəndələr Palatasının sədri Herman Kardosonun ölkəmizə səfərinin uğurlu olacağına və əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Uruqvay Parlamenti Nümayəndələr Palatasının sədri Herman Kardoso öz növbəsində ölkəsi ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu dedi. O bildirdi ki, ölkələrimizin bir-birindən uzaq məsafədə yerləşməsi əməkdaşlığımızın genişləndirilməsi işinə mane ola bilməz.

Görüşdə ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, ticarət, turizm, kənd təsərrüfatı və digər sahələrdə inkişafı üçün yaxşı imkanların olduğu vurğulandı və bu istiqamətdə müvafiq addımların atılmasının önəmi qeyd edildi.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11